Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hələ 18 yaşları olmayıb, artıq boşanıblar – Azərbaycanda qorxunc statistika

Ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb...

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən il ərzində yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. Onlardan 4 nəfərin nikahı məhkəmə qətnaməsinə əsasən, 1 nəfərin nikahı isə qarşılıqlı razılıq əsasında pozulub.

Xatırladaq ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “Azərbaycan gəncləri” statistik məcmuəsindəki məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.

Ötən il 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub. Ötən il 15-29 yaşda boşanan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar