Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu həftə Azərbaycanda TDT dini liderlərinin görüşü keçiriləcək

Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər...

Bu həftə Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşləri keçiriləcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 19-21 oktyabrda Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Qırğızıstan Müftisi Zamir Rakiyev, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda üçüncü görüşü 19 oktyabrda Gülüstan sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.

Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar