Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN Azərbaycan diasporunun müraciətini cavablandırıb

Bütövlükdə azərbaycanlılar və ermənilər arasında münasibətlərin yaxşılaşması üçün əlverişli mühit yaradılacaq...

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) Samara və İvanovo vilayətlərində yaşayan Azərbaycan icmasının ölkəmizin dövlət sərhədində Ermənistanın son hərbi təxribatlarına dair müraciətlərinə cavab verib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçarın adından “Samara vilayəti Azərbaycanlılarının Liqası” ictimai təşkilatının icraçı direktoru Müşfiq Dəmirova və “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asif Məmmədova ünvanlanan cavab məktublarında bildirilib ki, soydaşlarımızın Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun adına göndərdikləri müraciətlərə baxılıb.

Məktubda deyilir: “Rusiya Federasiyası Zaqafqaziyada sülhün və təhlükəsizliyin qorunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ardıcıl addımlar atır. Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında atəşkəs rejimini və sabitliyi təmin edir. Regionda kommunikasiyaların açılması və sərhədlərin demilitasiyası üçün yardım göstərilir. Bu iş Rusiya, AzərbaycanErmənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatları əsasında qurulur. Bütün tərəflərin bu razılaşmalara ciddi əməl etməsi davamlı sülhə aparan yeganə mümkün yoldur.

Rusiyanın səylərinin daha bir istiqaməti AzərbaycanErmənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsidir. Ümid edirik ki, bütün konstruktiv düşünən ictimai qüvvələr bu prosesə qoşulacaq və bununla da Bakı ilə İrəvan, həm də bütövlükdə azərbaycanlılar və ermənilər arasında münasibətlərin yaxşılaşması üçün əlverişli mühit yaradılacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar