Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək...

"Report"un məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

Bu matçlardan sonra 4 komanda pley-off vəsiqəni təmin edə bilər. F qrupunda İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu məğlub etsə, adını 1/8 finala yazdıracaq.

G qrupunda İngiltərə təmsilçisi "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada İspaniya "Sevilya"sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.

H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşacaq. E qrupunun digər matçında isə İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"ın qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

E qrupu

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya)

Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Real Madrid" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya)

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0.

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

pia.az 


Etiket: Liqa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay