Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində rəqiblərinin adına aydınlıq gəlib...

“Report” xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində baş tutan püşkatma mərasiminin nəticələrinə görə Azərbaycan yığması F qrupunda mübarizə aparacaq.

Püşkatmaya 4-cü səbətdən qatılan milli komandamızın bu qrupdakı rəqibləri Belçika, İsveç, Avstriya və Estoniya seçmələri olacaq.

Qrupdakı komandaların hamısı millimiz üçün tanış rəqiblərdir. Azərbaycan yığma komandası müstəqillik tariximiz ərzində bu rəqiblərin hər biri ilə müxtəlif sferalarda bir neçə dəfə üz-üzə gəlib.

Püşkə birinci səbətdən qatılan, FIFA-nın son açıqlanan reytinq siyahısında ikinci sırada qərarlaşan və F qrupunun əsas favoriti hesab olunan Belçika yığması ilə milli səviyyəsində ümumilikdə 4 dəfə üz-üzə gəlmişik. Bunlardan ikisi 2008-ci il, digər ikisi isə 2012-ci il Avropa Çempionatının seçmə mərhələsi oyunlarına təsadüf edib. Belçika milli komandası ilə ilk qarşılaşmamız 2006-cı il oktyabrın 11-də Brüsseldə baş tutub. Sözügedən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin tsiklin cavab oyununda Bakıda üz-üzə gələn rəqiblərin duelində bu dəfə də sevinən tərəf belçikalılar olub. Qonaqlar minimalhesablı qələbə qazanıblar. “Qırmızı şeytanlar” ləqəbli Belçika yığması ilə üçüncü dəfə 2011-ci il martin 29-da qarşılaşmışıq. Yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmada yeganə qolumuzu Ruslan Abışov vurub. Həmin vaxt Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisi bu qarşılaşmanın revanşında Bakıda rəqibindən xal ala bilib. 2011-ci il sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Komandamızın qoluna Rauf Əliyev imza atıb.

İsveç millisi ilə isə cəmi bir tsikldə, iki oyunda rəqib olmuşuq. 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda yer alan Azərbaycan və İsveç yığmalarının hər iki oyununda isveçlilər qələbəyə sevinib. Rəqib Bakıdakı qarşılaşmada 1, Stokholmdakı matçda isə 3 qol vurub.

Avstriya yığması da müstəqillik tariximizdə bir neçə dəfə üz-üzə gəldiyimiz rəqiblərdən biridir. Bu komanda ilə ümumilikdə 4 dəfə qarşılaşmışıq. Bu görüşlərdən ikisi 2006-cı il dünya çempionatının, digər ikisi isə 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. 2004-cü il sentyabrın 8-də Vyanada baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Həmin tsikl çərçivəsində Bakıdakı cavab görüşündə isə qalib müəyyənləşməyib. 2005-ci il 7 sentyabrda Bakıda baş tutan görüşdə 0:0 hesabı qeydə alınıb. Avstriya yığması rəqiblərin 2010-cu il 8 oktyabr tarixində Vyanada keçirilmiş üçüncü matçında 3:0, 2011-ci il 7 oktyabrda Bakıdakı görüşdə isə 4:1 hesablı qələbələrə sevinib. Sonuncu görüşdə millimizin yeganə qolunu Vüqar Nadirov vurub.

F qrupundakı rəqiblərimiz arasında ən çox üz-üzə gəldiyimiz komanda isə Estoniya yığmasıdır. Maraqlıdır ki, ümumilikdə 8 dəfə qarşılaşan Azərbaycan və Estoniya yığmalarının bütün görüşləri beynəlxalq yoldaşlıq oyunları çərçivəsində baş tutub. 8 oyunun birində millimiz qalib gəlib, 4 oyun bərabərliklə yekunlaşıbsa, 3 matçda Estoniya yığması qələbəyə sevinib. Qolların nisbəti də rəqibin xeyrinədir – 8:5. Müxtəlif vaxtlarda Azərbaycan millisinin heyətində Ceyhun Sultanov, Xaqani Məmmədov, Qurban Qurbanov, Vyaçeslav Lıçkin və Rauf Əliyev Estoniya yığmasının qapısına yol tapmağı bacarıb.

Azərbaycan – Belçika

11.11.2006 Brüssel AÇSO Belçika – Azərbaycan 3:0

21.11.2007 Bakı AÇSO Azərbaycan – Belçika 0:1

29.03.2011 Brüssel AÇSO Belçika – Azərbaycan 4:1

02.09.2011 Bakı AÇSO Azərbaycan – Belçika 1:1

Azərbaycan – İsveç

02.09.2000 Bakı DÇSO Azərbaycan – İsveç 0:1

07.10.2001 Stokholm DÇSO İsveç – Azərbaycan 3:0

Azərbaycan – Avstriya

08.09.2004 Vyana DÇSO Avstriya – Azərbaycan 2:0

07.08.2005 Bakı DÇSO Azərbaycan – Avstriya 0:0

08.10.2010 Vyana AÇSO Avstriya – Azərbaycan 3:0

07.11.2011 Bakı AÇSO Azərbaycan – Avstriya 1:4

Azərbaycan – Estoniya

15.02.1996 Larnaka YO Estoniya – Azərbaycan 0:0

01.03.1997 Larnaka YO Azərbaycan – Estoniya 0:2

04.06.1997 Vilyandi YO Estoniya – Azərbaycan 1:0

16.05.1998 Vilyandi BT Estoniya – Azərbaycan 0:0

28.11.1998 Gəncə YO Azərbaycan – Estoniya 2:1

06.03.1999 Larnaka YO Azərbaycan – Estoniya 2:2

03.07.2002 Kuressaare YO Estoniya – Azərbaycan 0:0

15.11.2013 Tallin YO Estoniya – Azərbaycan 2:1

pia.az


Etiket: AVRO-2024


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

İsrailin xarici işlər naziri Xamneyiyə xəbərdarlıq edib

Ən çox oxunanalar