Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ məsələsində 1991-ci ilə qayıdış – Praqa görüşü Azərbaycana nə vəd edir?

Praqa bəyanatında Dağlıq Qarabağın adı çəkilməyib, buradan belə çıxır ki, o, göründüyü qədər, tərəflərin pərdə arxasında artıq başlatdıqları Ermənistan-Azərbaycan dialoqunun ayrıca istiqaməti olaraq ayrılır...

Mehman Əliyev
“Turan” İnformasiya Agentliyinin baş direktoru

Biz oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham ƏliyevErmənistan baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatın, çox güman ki, iki mühüm yekununun şahidi olduq. Hər iki halda uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan münaqişəsindən sonra Yerevan ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınmasına qayıdıb, həm Ermənistanda, həm də Azərbaycanın ermənilər məskunlaşan ərazisində erməni icması isə baş verənləri belə də olmalıymış kimi qəbul edib – Paşinyan sülh haqqında hər bəyanatından sonra olduğu kimi maneələrlə üzləşməyib.

Praqa bəyanatı 21 dekabr 1991-ci ildə keçmiş sovet respublikalarının (Pribaltika ölkələri istisna olmaqla) liderlərinin imzaladığı, Sovet İttifaqının buraxılması haqqında Belovejskaya sazişlərini təsdiq edən fundamental Almatı bəyannaməsinə istinad edir. Bəyannamədə yeni yaranmış dövlətlərin SSRİ-nin tərkibində mövcud olan sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınıb.

Amma bəyannamə imzalandığı zaman AzərbaycanErmənistan arasında elan edilməmiş müharibə artıq qızışırdı və Yerevan Dağlıq Qarabağ üzərində iddialarından əl çəkməyib. 1987-ci ildə açıq şəkildə irəli sürülən bu iddialar milyonlarla qaçqın və məcburi köçkünün köçürülməsinə, hər iki tərəfdən çoxsaylı ölüm və dağıntılara səbəb olub. Hər iki gənc müstəqil dövlət öz inkişafında onillərlə geriyə düşüb.

Praqa bəyanatında Dağlıq Qarabağın adı çəkilməyib, buradan belə çıxır ki, o, göründüyü qədər, tərəflərin pərdə arxasında artıq başlatdıqları Ermənistan-Azərbaycan dialoqunun ayrıca istiqaməti olaraq ayrılır. Məsləhətləşmələri açıqlığa qovuşdurmaq qalır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azadlıq Radiosunun Qarabağ hakimiyyətinin Nikolun Ermənistan ərazisi haqqında danışmasına razılıq verib-verməməsi haqqında sualına cavabda belə deyib: “Bəli. Bəli, onlara məlumat verilib və onlar razılaşıblar. Çünki reallıqda başqa variant yox idi və ola da bilməzdi”.

Reallıqda isə, bəyanat mətnindən irəli gələrək, biz Azərbaycan-Ermənistan dialoqunun iki formatının formalaşdığını görürük. Tərəflər razılaşıblar ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarəti Avropa İttifaqının müşahidəçiləri həyata keçirəcək, bu da iki ölkə arasında münasibətlərin nizamlanmasında və əməkdaşlıq mühiti yaradılmasında Aİ-nin aparıcı rolundan xəbər verə bilər. Rusiya amilinin üstünlük təşkil etdiyi ikinci format Azərbaycanın hüdudları daxilində Bakı və Xankəndi arasında formalaşır və burada layihənin əsas erməni operatoru, çox güman ki, Azərbaycanın ermənilər məskunlaşan ərazisinin rifahının təmin edilməsi missiyasını öz üzərinə götürən Rusiyalı milyarder Ruben Vardanyan olacaq.

Beləliklə, iki paralel format qarşılıqlı əlaqədə olacaq və yenidən gündəmə gələn Qafqaz Evi ideyası çərçivəsində ümumi Ermənistan-Azərbaycan kontekstinə keçəcək. Praqada Əliyev Cənubi Qafqazda sülhü və sabitliyi təmin etmək üçün Bakı, Yerevan və Tbilisinin iştirakı ilə üçtərəfli platforma yaratmağı təklif edib. O, “Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər”.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Əliyev Erdoğanla birlikdə Qafqaz Sülh Platforması yaradılması ideyasını təklif edib, amma bu təklif müxtəlif geosiyasi səbəblərlə əlaqədar Yerevanda və Tbilisidə dəstəklə qarşılanmayıb. Məsələn, Ermənistanı formatda Türkiyənin iştirakı, Qarabağın ermənilər məskunlaşan ərazisinin statusunun qeyri-müəyyənliyi qane etmirdi, Gürcüstan isə formatda onun ərazilərini işğal etmiş Rusiyanın iştirakını istəmirdi. Bu dəfə Əliyevin üç Cənubi Qafqaz dövlətini əhatə edən kompromisli ideyası Yerevanın və Tbilisinin etiraza səbəb olmadı, bu da yaxın gələcəkdə üçtərəfli əməkdaşlığın real konturlar qazanacağından xəbər verə bilər.

Əlbəttə, indi 91-ci il deyil. Çox şey dəyişib, və Ukraynadakı vəziyyətin və digər hadisələrin təzyiqi altında hələ çox şey dəyişəcək. Cənubi Qafqazın da bir hissəsi olduğu Avropanın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsində Ukrayna böhranının birbaşa olmasa da, dolayı yolla az rol oynamadığı faktını inkar edənlər çox azdır. Bu gün bütün proqressiv dünyanın üzərində işlədiyi Ukraynanın ərazi bütövlüyünün bərpası mütləq təkcə Cənubi Qafqazın daxilində deyil, həm də onun qonşu dünya ilə əlaqələrində inteqrasiya proseslərinin sürətlənməsinə gətirib çıxaracaq.

Mənbə: Turan.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar