Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

İsveç Akademiyası cümə axşamı 2022-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını elan edəcək...

Xatırladaq ki, 2018-ci ilin noyabrında Akademiya Nobel Fondu ilə birlikdə 2019-cu il fevralın 1-dən fəaliyyətə başlayan yeni Ədəbiyyat üzrə Nobel Komitəsinin yaradılması barədə qərar qəbul edib.

Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

1 iyun 2019-cu il tarixindən akademiyanın yeni daimi katibi - Göteborq Universitetinin ədəbiyyat professoru Mats Malmdır. Məhz o, (Bakı vaxtı ilə) saat 15:00-da yeni Nobel mükafatçısının adını açıqlayacaq və Nobel Komitəsinin sədri Anders Ulsson bu yazıçı və ya şair haqqında danışacaq.

Ötən il Zənzibardan (müasir Tanzaniyanın bir hissəsi) olan yazıçı Abdulrəzak Qurna ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Qərarda bildirilir ki, mükafat “müstəmləkəçiliyin nəticələri, mədəniyyətlərin və qitələrin girdabına düşmüş qaçqınların taleyinə dair barışmaz və mərhəmətli anlayışına görə” verilib.

İsveç mediasında 2022-ci ilin favoritləri arasında norveçli nasir və dramaturq, povest ustası, ölkənin ən məşhur yazıçılarından biri Daq Sulstad da var. Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin, fransız nasir Mişel Uelbekin, eləcə də onun həmyerlisi Anni Ernonun, nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin və rusiyalı Lüdmila Ulitskayanın da adları mükafat alacağı güman edilənlər arasındadır.

Potensial qaliblər arasında suriyalı şair Adonis və yapon yazıçısı Haruki Murakami, həmçinin Somali yazıçısı Nuruddin Farah var.

Nobel mükafatı 1901-ci ildən bu günədək 609 dəfə verilib. 943 nəfər və 45 təşkilat laureat olub, onlardan 118 yazıçı və şair ədəbiyyat sahəsi üzrə mükafatlandırılıb.

Mükafat dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün təqdim olunacaq. Pandemiya ilə əlaqədar iki illik fasilədən sonra mərasim yenidən Stokholm Filarmoniyasında keçiriləcək.

Nobel mükafatının hər nominasiya üzrə pul məbləği keçmişdə olduğu kimi, bu il də 10 milyon kron (916 min ABŞ dolları) təşkil edəcək. (report.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar