Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatını 5 medalla başa vurub...

Federasiyadan verilən məlumata görə, yarışın final mərhələsinin axşam sessiyasında yığmanın daha 2 üzvü həlledici döyüşə çıxıb.

57 kq-da Məhəmmədəli Qasımzadə ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsi (Latviya) məğlub edən milli üzvü bu titula finalda bolqarıstanlı Viktorio İliyevə qalib gəlməklə nail olub. Qasımzadə həlledici döyüşdə rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il analoji yarışda gümüş medal qazanan Qasımzadə 2019-cü ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.

Armandas Kreqzde (Litva), Artur Avetikyan (Ermənistan) və Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdıran 54 kq çəki dərcəsindəki Məhəmmədəli Aşurəliyevisə finalda ingiltərəli Adam Maca ilə gücünü yoxlayıb. Gərgin keçən döyüşdə uduzan boksçu yarışı ikinci pillədə bitirib.

Beləliklə, Azərbaycan milli komandası 8 gün davam edən Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Aşurəliyev və Qasımzadədən öncə Emili Rzayeva (70 kq) çempion tituluna yiyələnib, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Nəticədə Azərbaycan yığması Avropa çempionatında 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıb..

Qeyd edək ki, milli komanda oktyabrın 7-də Bakıya qayıdacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ən çox oxunanalar