Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq ödənilmiş məbləğin əmək pensiyasından məhkəmə qaydasında tutulacağı hallar müəyyənləşir

Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından hansı hallarda məhkəmə qaydasında tutulacağı müəyyənləşir...

PİA.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclaslnda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:

- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

Ən çox oxunanalar