Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın birinci prezidenti: “Qarabağ məsələsi həll olunub”

Levon Ter Petrosyan hesab edir ki, bu kapitulyasiyadır, ancaq şərait buna gətirib çıxarıb və sülh sazişi imzalanmalıdır...

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Ermənistan İctimai TV-yə müsahibə verib.

Sabiq prezident Qarabağ məsələsi ilə bağlı yaranmış durum haqqında sensasion açıqlamalar verib. Onun sözlərinə görə, artıq Qarabağ məsələsi həll olunub:

“Artıq Ermənistanın Qarabağla bağlı səs hüququ yoxdur, Ermənistanın Qarabağda rolu yoxdur”.

Ermənistan Respublikasının eks-prezidenti bəyan edib ki, Ermənistanı Azərbaycan və Türkiyə ilə ağrılı qərarların, sazişlərin imzalanması gözləyir:

ABŞ-ın imkanı var ki, vəziyyətimizin daha da çətinləşməməsi və bizim üçün az-çox məqbul bir həll yoluna gəlməmizə yardım etsin. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib.

Ölkə çətin və ağrılı qərarlar qarşısındadır. Bununla belə, bunun alternativi yoxdur.

Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsək, o zaman ağrılı qərarlardan qaça bilərik – bu sadəlövhlükdür. Kim gəlsə, eyni, bəlkə də daha pis sənədə imza atacaq.

Onların Ermənistandan nə istədiklərini anlamaq və ən az ağrılı həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atır-atsın, onu “satqın” adlandıracaqlar”.

Sabiq prezident etiraf edib ki, bu kapitulyasiyadır:

“Şərait buna gətirib çıxardı. Amma heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçiblər. Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar