Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçdə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məlumatlandırıcı aksiya təşkil edildi - Foto

Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb...

İsveçin Höteborq şəhərində ölkəmizin sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması məqsədilə məlumatlandırıcı aksiya keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin gerçəkləşdirdiyi aksiya zamanı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti və silsilə xarakteri alan hərbi təxribatlarını əks etdirən məlumat vərəqləri yerli sakinlərə paylanılıb.

Aksiya iştirakçıları sakinləri maraqlandıran sualları da cavablandırıblar.

Məlumat vərəqələrində bildirilib ki, Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olması, 30 illik erməni işğalından azad edilmiş ərazilərində irimiqyaslı quruculuq işlərinin aparılması və kommunikasiyaların bərpa edilməsi istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq, təcavüzkar Ermənistan sülh müqaviləsinin imzalanmasında deyil, hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlıdır. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Məlumatlandırıcı aksiyanın digər şəhərlərdə də davam etdirilməsi nəzərdə tutulub.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar