Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusun “sülhməramlıları” Qarabağa gələndə biz bilirdik ki, bizi qarşıda böyük fəlakətlər gözləyir” - Hafiz Hacıyev

Azərbaycan-Ermənistan sərhədində döyüşlər: xalq  itkilərin çox, məlumatların azlığından narazıdır...

Müasir Müsavat Partiyasının sədri: “Biz hamılıqla şəhidlərimizin dəfnində iştirak etməliyik və onların ailələrinin yanında olmalıyıq. Yaralanan əsgərlərimizə də kömək etməliyik”.

“Bu hadisələri törədənlər birbaşa Rusiyaİrandır. Rusun “sülhməramlıları” Qarabağa gələndə biz bilirdik ki, bizi qarşıda böyük fəlakətlər gözləyir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlərdə sərhəddə baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilər. Bu təxribatlar nəticəsində Müdafiə Nazirliyi ilk gündə 71 şəhidimizin olduğunu açıqladı. Bir gün sonra isə daha 6 şəhidimizin olduğu açıqlandı. Amma şəhidlərin çox olması və aralarında 2003-2004-cü ildən olan əsgərlərin olması bəzi suallar doğurdu.

PİA.az-ın əməkdaşı ölkədə və sərhəddə baş verənləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ölkədə Prezidenti nüfuzdan salmaq istəyən, onun gördüyü işlərə kölgə salmaq istəyən qüvvələr var”.

Niyə belə olduğunu bildiyini deyən partiya sədri PİA.az-a açıqlamsında qeyd edib ki, indi danışmağın zamanı deyil. O zaman çatanda hamısını deyəcək:

“Biz dəfələrlə dedik ki, ölkədə Prezidenti nüfuzdan salmaq istəyən, onun gördüyü işlərə kölgə salmaq istəyən qüvvələr var. Həmin qüvvələr də buna qismən nail olub. Çox təssüflər ki, partiya sədrləri və digər siyasilər bu məsələdə öz mövqelərimizi qətiyyətlə ortaya qoya bilmirik. Azərbaycan Müdafiə Nazirliyi də bu məsələyə dırnaqarası yanaşdı. Ölkədə müharibə gedən vaxtlar çox qüsurlar görüldü və danışıldı. Biz də bu qüsurları gördük, amma danışmaq üçün münasib vaxt deyil.

Zaman gələcək və bu hadisələri törədənlər məhkəmələr qarşısında cavab verməli olacaqlar. İndi ölkə qan ağlayır. Şəhidlərimizin sayı artır və hər bir əsil Azərbaycan vətəndaşının gözündə kədər hiss olunur.

İndi biz bunların dərdini çəkməliyik. Biz hamılıqla şəhidlərimizin dəfnində iştirak etməliyik və onların ailələrinin yanında olmalıyıq. Yaralanan əsgərlərimizə də kömək etməliyik. Amma bizim içimizdə olan bəzi qüvvələr anti-Azərbaycan təbliğatına qoşulublar. Hamı bilməliyik ki, biz Azərbaycan xalqına xəyanət edənlərin əhatəsindəyik. Xalq olaraq da bundan qurtulmalıyıq.

Hafiz Hacıyev: “Fəhlənin, kəndlinin, kasıbın ölən balalarının yuxarıdakılar üçün fərqi yoxdur. Amma öz övladlarına lüks həyat verirlər”.

Sentyabrın 13-də sərhəddə baş verənlərə çox üzülürəm. Hanı bizim 44 günlük müharibədə qələbə qazanan ordumuz? Hanı bizim təcrübəli əsgərləmiz ki, indi 18 yaşlı balalar şəhid oldular? Olanlara görə mən çox narahatam. Təəssüf hissi keçirirəm ki, niyə belə oldu? Niyə belə olmasını bilirəm, amma indi zamanı deyil. O zaman çatanda hamısını deyəcəm.

İndi onu deyə bilərəm ki, bu hadisələri törədənlər birbaşa Rusiyaİrandır. Rusun “sülhməramlıları” Qarabağa gələndə biz bilirdik ki, bizi qarşıda böyük fəlakətlər gözləyir. Azərbaycan bir neçə dəfə məsələləri Avropada müzakirə etdi və müəyyən nəticələri oldu. Amma onda da biz dedik ki, bu nəticələri Rusiya qəbul etməyəcək. Rusiya istəməz ki, Azərbaycan öz məsələsini Avropa və Qərblə həll etsin. Sərhəddə son baş verənlər Putinin planı idi.

Necə oldu ki, Azərbaycan Xankəndini, Xocalını, Ağdərini qoydu getdi Göyçə gölünə və buna ehtiyac var idimi? Bu böyük bir provokasiyadır. Fəhlənin, kəndlinin, kasıbın ölən balalarının yuxarıdakılar üçün fərqi yoxdur. Amma öz övladlarına lüks həyat verirlər.  Ölkədə olan belə neqativ halların hamısının qarşısı alınmalıdır. Ancaq Azərbaycanda siyasi partiyalara xalqla təmasda olmağa da imkan vermirlər. Buna görə və bütün olanlara görə mən çox narahatam”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar