Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketlərdə yararsız məhsullar... - Əhali necə aldadılır?

“Qurman Plyus” MMC-yə məxsus istehlaka yararsız 17 min 234,35 kq müxtəlif növ ət və süd məhsulları məhv edilib...

Azad İstehlakçılar Birliyinin sədri: ““Qurman Plyus” MMC də buna qoşulub və biz bunu alqışlayırıq. Amma “Qurman Plyus” MMC-in hərəkəti dəryada bir damladır. Çoxsaylı böyük şirkətlər bu təşəbbüsə qoşulmalıdır”.

“Hər bir şeyin son yararlılıq müddəti olduğu kimi qida məhsullarının son yararlılıq müddəti var. Mövcud qanunvericiliyə görə hər hansı bir marketdə hətta bir dənə belə vaxtıkeçə qida məhsulu tapılarsa, həmin marketi minimum 1500 manat cərimə gözləyir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yararlılıq müddəti sona çatan məhsulların məhv edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən “Qurman Plyus” MMC-yə məxsus Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müraciəti əsasında, istehlaka yararsız 17 min 234,35 kq müxtəlif növ ət və süd məhsulları məhv edilməsi barədə məlumat yayıb.

Bir müəssisədə bu qədər məhsulun yararsız olmasını necə dəyərləndirmək olar? Belə çıxmırmı ki, kolbasa istehsalı ilə məşğul olan bu müəssisə ancaq yararsız məhsul istehsal edib? Ümumiyyətlə hazırkı vəziyyətdə kolbasa məhsulları əhali üçün nə qədər təhlükəlidir?

Yararsız malların marketlərdə satılmasını PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Tütün mafiyası parlamentə təzyiqlər edərək qanunlar qəbul etdirir. Beləliklə də, tütünlərin yararlılıq müddəti sonsuz olur”.

Mütləq yararlılıq vaxtı keçən malın birbaşa məhv etmə poliqonuna göndərilməli olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, yararsız, vaxtı ötmüş məhsullar istehlakçı şirkət tərəfindən toplanılmalı, kütləvi informasiya vasitələrinin, içtimai təşkilatların iştirakı ilə məhv etmə poliqonuna getməlidir:

“Hər bir şeyin son yararlılıq müddəti olduğu kimi qida məhsullarının son yararlılıq müddəti var. Mövcud qanunvericiliyə görə hər hansı bir marketdə hətta bir dənə belə vaxtıkeçə qida məhsulu tapılarsa, həmin marketi minimum 1500 manat cərimə gözləyir. İstehsalçılar çalışırlar ki, malları ölməz, uzun müddətli etsinlər. Tütün mafiyası parlamentə təzyiqlər edərək qanunlar qəbul etdirir. Beləliklə də, tütünlərin yararlılıq müddəti sonsuz olur.

Spirtli içkilərin bir çoxunun da yararlılıq müddəti olmasına baxmayaraq, çoxusunun üzərində heç buraxılma tarixləri olmur. Əhali arasında yayıblar ki, guya spirtli içki nə qədər uzun müddətli olarsa, o qədər də yaxşı olar. Bunların hamısı səhv fikirlərdir. Söhbət xüsusi şəraitdə hazırlanmış içkilərdən gedir.

“Qurman Plyus” MMC son 8 ayda başlamış bir marafona qoşulub. Ona görə marafon deyirəm ki, Azad İstehlakçılar Birliyi Sumqayıt şəhər şöbəsinin və Qida Qida Təhlükəsizliyi Agentliyinin iştirakı ilə elə olub biz bir ayda Sumqayıt poliqonunda 100 tona qədər yararlılıq müddəti keçmiş süd məhsullarının məhvində iştirak etmişik. Çox yaxşı haldır ki, bu məsələlər istehsalçının öz təşəbbüsü ilə baş verib.

Eyyub Hüseynov: “Belə başa düşmək olar ki, “Qurman Plyus” MMC məsuliyyət duyub, ən nəhayət məhv etmə prosesini həyata keçirib”.

Burada birinci yerdə “Azərsun“ şirkəti dayanıb. Sonra onlara “Milla” şirkəti qoşulub. Biz dəfələrlə çağırmışıq ki, digər şirkətlər də buna qoşulsun. Çünki hər gün 100 tonlarla malın yararlılıq vaxtı keçir. Ən nəhayət “Qurman Plyus” MMC qoşulub, özü Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib və məhv etmə prosesi həyata keçirilib.

Hazırda alqoritm belədir ki, yararlılıq müddəti keçən mallar dükandan çıxarılır istiributer şirkətinin özünə qaytarılır. Onlar da istehsalçıya qaytarırlar. İstehsalçı isə əksər hallarda onun yararlılığını dəyişib yenidən marketlərə göndərir. Azad İstehlakçılar Birliyi bu alqoritmin əleyhinədir. Yararlılıq vaxtı keçən mal mütləq birbaşa məhv etmə poliqonuna göndərilməlidir. Yaxud da istehlakçı şirkət tərəfindən toplanmalı, kütləvi informasiya vasitələrinin, içtimai təşkilatların iştirakı ilə məhv etmə poliqonuna getməlidir.

Eyyub Hüseynov: “Vaxtı keçən malların məhv edilməsindənsə, onların yenidən heyvanlar üçün istehsalata qaytarılması yaxşı olardı”.

“Qurman Plyus” MMC də buna qoşulub və biz bunu alqışlayırıq. Amma “Qurman Plyus” MMC-in hərəkəti dəryada bir damladır. Çoxsaylı böyük şirkətlər bu təşəbbüsə qoşulmalıdır. Özləri yararlılıq müddəti keçən malları məhv etmək üçün dövlət orqanlarını, kütləvi informasiya vasitələrini çağırmalıdırlar və məhv etmə baş verməlidir. Belə başa düşmək olar ki, “Qurman Plyus” MMC məsuliyyət duyub, ən nəhayət məhv etmə prosesini həyata keçirib. Düşünürəm ki, bu ardıcıl olmalıdır.

Başqa məsələ də var ki, vaxtı keçən malların məhv edilməsindənsə, onların yenidən heyvanlar üçün istehsalata qaytarılması yaxşı olardı. Hələ ki, bu Azərbaycanda baş vermir. Düşünürəm ki, bunun da vaxtı gəlib çatacaq”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar