Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti “Neft Daşları”na səfər edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti “Neft Daşları”na səfər edib...

SOCAR-dan verilən məlumata görə, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Sonra Ulu Öndərin adını daşıyan muzeydə nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.

Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyətinin qazilərlə görüşü keçirilib.

Neft Daşları”nın 30 illiyi münasibəti ilə ucaldılmış kompozisiya ilə tanış olan nümayəndə heyəti burada “Neft Daşları” NQÇİ-nin əməkdaşları ilə görüşüb.

Rövşən Nəcəf əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən yeni neft strategiyamızın uğurla icra edilməsində Azərbaycan neftçilərinin müstəsna rola malik olduğunu vurğulayıb.

Neftçi peşəsinin böyük əzmkarlıq və fədakarlıq tələb etdiyini bildirən SOCAR prezidenti onları qarşıdan gələn “Neftçilər Günü” peşə bayramı münasibətilə təbrik edib. Görüşdə bir sıra əməkdaş səmərəli əmək fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunub. Daha sonra SOCAR prezidenti neftçilərin şəraiti ilə yaxından tanış olmaq məqsədilə onların qaldığı yataqxananı ziyarət edib.

Nümayəndə heyəti həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına, "28 May” NQÇİ-nin “Neft Daşları” sahəsində 1741 saylı estakadayanı meydança ilə Qaz separasiya məntəqəsi arası yeni əvəzedici estakadanın tikintisinə, Sıxıcı Kompressor Stansiyasına və digər istehsalat obyektlərinə yerində baxış keçirib, “Neft Daşları” NQÇİ-nin Operativ İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Səfərin sonunda SOCAR-ın nümayəndə heyətinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edən Rövşən Nəcəf, bu istiqamətdə peşəkar və yüksəkixtisaslı kadr potensialının əhəmiyyətindən danışıb, “Neft Daşları”nın bundan sonra da insan kapitalımızın inkişafına dəyərli töhfə verməyə davam edəcəyini bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ən çox oxunanalar