Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Xudayar Yusifzadənin qardaşı “Topaz”, “Misli” və “Poz, qazan”ı tənqid etdi: “İnsanları müflisləşdirirlər...”

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Azərbaycanda “Topaz”, “Misli” və “Poz, qazan” kimi mərc oyunlarından narazılığını dilə gətirib...

Şəhidin qardaşı Demokrat.az-a açıqlamasında deyib ki, bu cür qumar oyunları Azərbaycan xalqının mentalitetinə tamamilə yaddır.  

Məhəmməd Yusifzadə bildirib ki, ölkəmizdə bu cür lotereya oyunlar insanları daha da müflisləşdirir və onların şüuruna mənfi təsir göstərir:

“Ölkəmizdə bu cür lotereya oyunlarına çox pis baxıram. Yaxşı olardı ki, gənclərimiz oxusunlar, ali təhsil alsınlar, nüfuzlu yerlərə daxil olsunlar. Hesab edirəm ki, təhsilin inkişaf etdirilməsindən daha faydalısı yoxdur. Gənclərimizin “Azərlotereya” oyunlarına maraq göstərmələrini istəməzdim. Son günlər narkotiklə bağlı məsələlər də geniş yayılıb. Belə işlərə həqiqətən də, çox pis baxıram. Çünki bizim ölkə o ölkə deyil, bizim ölkədə necə qəhrəman insanlar var, bunu hamımız yaxşı bilirik. "Azərlotereya" kimi qumar oyunlarının Azərbaycanda genişlənməsini əsla istəmərəm. Belə qumar oyunları ilə xalqımızın, millətimizin düşüncəsini dəyişdirməsinlər! Bir çox insanlar pul qazanmaq üçün belə bizneslə məşğul olurlar. Amma, hər bir gəncimiz bilməlidir ki, bu cür qumar oyunları ölkəmiz üçün yaddır. Bizim dövlətimizdə yaşayan insanların hamısı vətənpərvərdir. Ona görə də, bu cür lotereya oyunlarının ölkəmizdə yayılmasını istəməzdim. Çünki, biz o düşüncədə, o tərzdə, o mentalitetdə yaşayan bir xalq deyilik. Yaxşı olardı ki, gənclərimiz bu cür qumar oyunlarından uzaq dursunlar və ailələri ilə məşğul olsunlar”. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar