Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda oğurluq və narkotikə görə 7 nəfər tutulub

Şamaxı Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayonda silsilə oğurluq törədən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər istintaqa cəlb edilib...

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli bürosuna verilən məlumata görə, rayon ərazisində qaz borularının, dəmir elektrik dirəkləri və naqillərin oğurlanması ilə bağlı polis şöbəsinə aidiyyəti qurumlar tərəfindən müraciətlər daxil olub.

Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxslər tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri, əvvəllər məhkum edilmişlər - Famil Hümbətov, Tural Daşdəmirov və Fərid Atakişiyev tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslər ifadələrində törətdikləri əməlləri etiraf ediblər.

Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şamaxı rayon sakinləri – əvvəllər də törətdiyi cinayətə görə elektron qolbaqla təchiz edilmiş İmran Şıxalıyev, Tərlan Atakişiyev, Natiq Behruzi, eləcə də Göyçay sakini Pərviz Abdullayev tutulub. Onların hər birindən ayrı-ayrılıqda heroin və metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar