Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokuror Kamran Əliyevin bundan xəbəri varmı? - həbsdə olan dələduz MTK rəhbərindən məktub var...

Cənab baş prokurordan soruşmaq istəyirəm ki, istintaq başa çatmamış ittiham edilən şəxs necə özünü haqlı tərəf kimi göstərərək vətəndaşı borclu çıxara bilər?..

"Sahil-S İnşaat" MTK-nın bir mənzili bir neçə nəfərə satdığı üçün dələduzluğa görə həbs edilmiş direktoru Taleh Alaverdiyev aldatdığı payçıdan pul tələb edir, əks halda onu məhkəməyə verəcəyi ilə xəbərdar edir. Bu barədə zərərçəkmiş vətəndaş Rəşidov Müsəddiq Hüseyn oğlu özü redaksiyamıza müraciətində qeyd edib. T. Alaverdiyev həbsdən ona göndərdiyi məktubda tələb irəli sürüb.

Məktubda deyilir ki, Yeni Günəşlinin "A-B" yaşayış sahəsində inşa edilən binanın ikinci mərtəbəsindən ümumi sahəsi 114.8 kv üçotaqlı, ümumi dəyəri 91 840 manat olan mənzilin pay kimi verilməsinə dair müqavilə bağlanıb. Mənzil alan şəxs guya pulu tam ödəməyib və hazırda 30 min manat borcu qalıb. Həbs edilən şirkət rəhbəri ya pulun, ya mənzilin qaytarılmasını tələb edir. Məsələ ilə bağlı Anaxeber.info-nun baş redaktoru, payçılardan biri olan Azər Talıbov Baş prokuror Kamran Əliyevə müraciət edib. Jurnalist Baş prokurora müraciətində dələduzluqda ittiham olunan şəxsin həbsdən belə bir iddia və tələblə çıxış etməsinin nə dərəcədə qanuni, əsaslı olduğunu soruşur. Baş redaktor Baş prokurora müraciət edərək deyib ki, insanları aldadan, pullarını mənimsəyən, buna görə barəsində həbs qərarı verilmiş bir fırıldaqçı şirkət direktorunun həbsdən pul tələb etməsi araşdırılmalıdır: "Hazırda iş üzrə 200-ə yaxın zərərçəkən ailə var. Onlar nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Çünki bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. Bu faktlar əsasında etdiyimiz şikayətlər əsasında sözügedən şəxs həbs olunub. Ancaq oradan məktub göndərərək vətəndaşın borclu olduğunu yazır. Cənab baş prokurordan soruşmaq istəyirəm ki, istintaq başa çatmamış ittiham edilən şəxs necə özünü haqlı tərəf kimi göstərərək vətəndaşı borclu çıxara bilər? Qanunvericilik və cinayət məcəlləsi bu xüsusda nəyi ehtiva edir?" A.Talıbov K.Əliyevdən məsələnin araşdırılmasını xahiş edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar