Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi piyadalara müraciət edib

Unutmayaq ki, ani bir diqqətsizlik sizin və ya digər yol-hərəkəti iştirakçılarının həyatı bahasına başa gələ bilər...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün BDYPİ tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir:

"Təəssüflə qeyd etməliyik ki, media subyektlərində, istifadəmizdə olan sosial şəbəkə hesablarında dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Piyadaların iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır".

"Unutmayaq ki, ani bir diqqətsizlik sizin və ya digər yol-hərəkəti iştirakçılarının həyatı bahasına başa gələ bilər. Odur ki, yol-hərəkəti qaydalarına riayət edərək həyat və sağlamlığınızın qayğısına qalaq!", - BDYPİ rəsmisi vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Ən çox oxunanalar