Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirdən məktəblərlə bağlı acı etiraf... - Təhsilimizin son dayanacağı hara olacaq?

Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib...

Təhsil eksperti: “Məktəblər attestat vermək funksiyasını yerinə yetirirlər. Bunu təhsil nazirinin də etiraf etməsi təhsilini səviyyəsinin hansı halda olduğunun göstəricisidir”.

“Tədbirlər görülməsə, bu artıq qarşıdakı illərdə təhsilin pullu olmasına gətirib çıxaracaq. Yəni, artıq dövlət məktəbləri də publik- hüquqi şəxs statusu alıb özəl təhsil müəssisələri kimi olacaqlar. Valideyn pulunu verəcək və övladı təhsil alacaq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Elm və Təhsil naziri Emin Əmrullayevin məktəblərlə bağlı acı etirafını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Elm və Təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Nazir çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib. Həmçinin nazir etiraf edib ki, məktəblər təhsil vermir və onlar bunu bilirlər.

Nazir səviyyəsində məktəblərin acınacaqlı halının dilə gətirilməsi nədən xəbər verir? Bu vəziyyətlə təhsilimiz haraya gedir və təhsili müəllimlərin evlərindən məktəblərə qaytarılması üçün niyə konkret addımlar atılmır?

Məktəblərdəki neqativ halların aradan qaldırması yollarını PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Adama elə gəlir ki, sanki təhsildəki bütün bu neqativ halların kimlərsə davam etdirilməsini istəyir”.

Əsasən özəl ümumtəhsil müəssisələrində dərslərin qaydasında keçirildiyini bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, dövlət məktəblərində şagirdlər ancaq attestat almaq üçün məktəbə gedirlər:

“Biz neçə illərdir orta məktəblərində şagirdlərə təhsil vermədiyini deyirik. Amma hər dəfə də tənqidlə qarşılaşdıq. Çoxları deyirdilər səhv fikirləşirik, bəziləri də deyirdi ki, repetitorları hədəfə alırıq. Təssüflər olsun ki, Azərbaycan təhsilində təhsil standartları təmin olunmur. Yalnız valideynlərin pulu müqabilində uşaqları repetitor, yaxud da hazırlıq mərkəzlərində bilik ala bilir. Bu da pullu təhsil deməkdir.

Xatırladım ki, konstitusiyada hər bir şəxsin icbari təhsil almaq hüququnun olduğu haqqında maddə var. Bu da pulsuz təhsil almaq hüququ deməkdir. Amma bu gün orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti o qədər aşağıdır ki, bilik almaq mümkün deyil. Ölkədə 4440-dan çox orta ümumtəhsil müəssisəsi var. Lakin, biz 4-5 məktəbi nümunə olaraq göstərə bilərik ki, orada dərslər normal qaydada keçirilir.

Qeyd edim ki, əsasən özəl ümumtəhsil müəssisələrində dərslər qaydasında keçirilir. Digərlərində isə şagirdlər attestat almaq üçün məktəbə gedirlər. Yəni həmin məktəblər attestat vermək funksiyasını yerinə yetirirlər. Bunu təhsil nazirinin də etiraf etməsi təhsilini səviyyəsinin hansı halda olduğunun göstəricisidir. Bunun qarşısının alınması üçün də müvafiq addımlar atılmalıdır.

Elçin Əfəndi: “Müəllimlərə saat 9-dan 6-ya qədər yalnız məktəblərdə fəaliyyət göstərmələrinə icazə verilməlidir”.

İlk növbədə müəllimlərin əmək haqqları artırılmalıdır. İkincisi növbədə konkret nəzarət mexanizmi tətbiq olunmalıdır ki, müəllimlər müvafiq vaxt ərzində məktəbdə olsunlar. Müəllimlərə saat 9-dan 6-ya qədər yalnız məktəblərdə fəaliyyət göstərmələrinə icazə verilməlidir. Çünki müəllim 2 saat dərs keçir, sonra da dərs dediyi sinifdən 4-5 şagirdi götürüb özü ilə aparır və başqa yerdə repetitor fəaliyyət ilə məğlub olur.

Belə hallar da əlbəttə, ölkə təhsil üçün ürəkaçan nəticə vəd etmir. Təhsil sistemində köklü şəkildə islahatlar aparılmalıdır. Adama elə gəlir ki, sanki təhsildəki bütün bu neqativ halların kimlərsə davam etdirilməsini istəyir. Tədbirlər görülməsə, bu artıq qarşıdakı illərdə təhsilin pullu olmasına gətirib çıxaracaq. Yəni, artıq dövlət məktəbləri də publik- hüquqi şəxs statusu alıb özəl təhsil müəssisələri kimi olacaqlar. Valideyn pulunu verəcək və övladı təhsil alacaq. Biz indi təhsildə olan neqativ halların qarşısını ala bilməsək, qarşıdakı illərdə mütləq buna gediləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar