Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşayış üçün əlverişli “super-Yer” aşkarlandı 

Alimlər Yer planetinin yaxınlığında yaşayış üçün əlverişli ola biləcək "super-Yer"in kəşf edildiyini elan edərək onu "Su dünyası" adlandırıblar.

Kanadanın Monreal Universitetinin rəhbərlik etdiyi bir qrup alim Yer kimi potensial olaraq qayalı, lakin daha böyük olan ekzoplaneti aşkarlamaq üçün NASA-nın “Transiting Exoplanet Survey Satellite” (TESS) həmçinin yerüstü teleskopların müşahidələrindən istifadə edib. “TOI-1452 b” adlandırılan ekzoplanet planetimizdən təxminən 100 işıq ili uzaqlıqdakı qırmızı cırtdanın ətrafında fırlanır və elm adamlarının dediyinə görə, o, olduqca yaxındır.

Alimlər uzun müddət idi, digər okean planetlərinin mövcudluğunu fərz edirdilər, lakin bunu təsdiqləmək çətin idi. TOI-1452 b Yerdən təxminən 70 faiz böyükdür, dərin okeanın mövcudluğu barədə proqnozlara uyğundur, lakin bunu təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

NASA tədqiqatçıları bildiriblər ki, bu, həm də atmosferi az və ya heç olmayan nəhəng qaya, hətta hidrogen və ya helium atmosferi olan qayalı planet də ola bilər.

Orbitin yaxınlığına baxmayaraq, o, “yaşayış zonası”ndadır, yəni planetin səthində su ola bilər.

Əgər ekzoplanetin su dünyası olduğu təsdiqlənsə, onun okeanı Yerinkindən əhəmiyyətli dərəcədə dərin olacaq. (Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar