Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Euronews”: “Azərbaycanda kəşf ediləcək çox şey var” - Foto, Video

Fransa və Avropanın məşhur telekanalı olan “Euronews” Azərbaycandan, o cümlədən Şəki şəhərindən və İsmayıllıdan maraqlı reportaj hazırlayıb.

Reportajda Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda araşdırmaq üçün bir çox maraqlı mətləblərin olduğu vurğulanır.

Tanınmış reportyor Monika Pinna reportajda Qafqaz dağlarından Xəzər dənizinin sahillərinə qədər səyahəti zamanı şahidi olduğu Azərbaycanın zəngin ənənələri haqqında ətraflı məlumat verib.

“Euronews” və “Euronews.com”un “Azərbaycanı kəşf et” rubrikasının buhəftəki rubrikasında yolboyu Odlar Yurdunun gizli xəzinələrini kəşf edərək Qafqaz dağlarından Xəzər dənizinin sahillərinə səyahət edəcəyik”, - reportyor bildirib.

Şəkinin memarlığı və tarixi o qədər unikaldır ki, Şəki UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb", - Böyük Qafqaz dağlarının ətəyində qədim dövrlərdən indiyə kimi alıcıların və tacirlərin qədim dayanacağı Şəki şəhərinə səfər edən Monika Pinna bildirib.

“İpək Yolunun qızıl dövründə Şəkidə ipəkçilik, barama ticarəti və xam ipəkçilik əsas iş idi. Bu gün də ipək və ticarət canlı şəhərin əsasını təşkil edir. Karvansaralar səyyahlar və tacirlər üçün ənənəvi yol kənarındakı mehmanxanalar olub və bu günə qədər gəlib çatmış iki möhtəşəm nümunə var.

Şəkidə 1762-ci ildə tikilmiş gözəl Xan Sarayını mütləq ziyarət etməlisiniz.

Sonra əsrlər boyu sənətkarlar şəhəri kimi tanınan Lahıc qəsəbəsinə səfər edirik. Amma onu məşhur edən kümçülər olublar və biz nəsillər boyu mislə işləyən ailə biznesi ilə tanış oluruq”, - reportajda qeyd edilir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar