Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Veysəloğlu” MMC-də nə baş verir? — 4 əməkdaşına cinayət işi açılıb

Veysəloğlu Şirkətlər Qrupunun bir neçə əməkdaşına qarşı cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, barəsində cinayət işi açılan şəxslərdən biri Gündüz İsmayıl oğlu İbrahımovdur. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənmisəmə və ya israf etmə) maddəsi ilə cinayət işi açılıb.

Gündüz İsmayılovun barəsində olan cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Nərman mehdiyevin sədrliyi ilə araşdırılır.

Bundan başqa, şirkətin daha bir əməkdaşı – Orxan Rasim oğlu Qədirlinin də barəsində mənimsəmə və ya israf etmə ittihamı üzrə cinayət işi açılıb və iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Bu cinayət işinə məhkəmənin hakimi Rauf Əhmədovun icraatında araşdırma aparılır.

Veysəloğlu Şirkətlər Qrupunun daha bir əməkdaşı Fariz Əlizaman oğlu Hüseynovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə iş qaldırılıb.

Fariz Hüseynovun barəsində olan cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Bu cinayət işi də araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Şirkətin əməkdaşı Elmir Elman oğlu Ağacanovun da barəsində olan eyni ittiham üzrə cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Ayrı-ayrılıqda olan cinayət işlərin üzrə zərərçəkmiş şəxs qismində Veysəloğlu Şirkətlər Qrupu tanınıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar