Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Qafqazda iqtisadi təsiri zəifləyir – Yel Universitetinin ekspertləri

Rusiya ənənəvi olaraq Cənubi Qafqaza, Şərqi Avropaya və Mərkəzi Asiyaya güclü təsirini qoruyub saxlayırdı, amma iqtisadi təhlil göstərir ki, vəziyyət çox sürətlə dəyişir. Yel Universitetinin aparıcı analitiklərinin fikri belədir, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

“Bütün bu həmsərhəd bölgələr nəinki Rusiya ilə ticarəti azaldıblar, həm də Rusiyadan kapital və mütəxəssis axınından faydalanmağa başlayıblar”, deyə Yel Universitetinin araşdırmalar üzrə direktoru Stiven Tian bildirib.

Peşəkar istedadların Rusiyadan qonşu ölkələrə qaçışı “kifayət qədər çoxdur”, deyə Yel yüksək rəhbərlər institutunun prezidenti Ceffri Zonenfeld əlavə edib.

Rusiyanın yüz minlərlə yüksək ixtisaslı texniki mütəxəssisi Özbəkistana üz tutub. Daşkənddə İT parkı rus miqrantların axını sayəsində üç dəfə artıb.

“Beləliklə, Azərbaycan da daxil olmaqla, Rusiyanın böyük təsirə malik olduğu ölkələr digər regionlar, o cümlədən Avropa ilə əlaqələri inkişaf etdirməli və Rusiyadan üz çevirməli olur”, deyə Tian bildirib.

Ekspert həmçinin Azərbaycanın Avropa ilə yeni qaz sövdələşməsini xatırladıb: “Ənənəvi olaraq Sovet İttifaqının təsir sahəsi olan regionlar Rusiyadan üz çevirərək, indi Rusiyanın yerini tuta biləcək Avropaya, ABŞ-a və digər ölkələrə tərəf dönür”, deyə o əlavə edib.

Tian və Zonnenfeld Vaşinqtonda Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzində keçirilən brifinqdə jurnalistlər qarşısında çıxış ediblər. Onlar Rusiya iqtisadiyyatına qarşı sanksiyaların təsirini qiymətləndiriblər.

Ümumilikdə Ukraynaya hücumdan sonra Rusiyanın iqtisadiyyatı sanksiyalar və beynəlxalq biznesin ölkəni tərk etməsi nəticəsində ciddi ziyana uğrayıb.

Rusiya iqtisadiyyatı təxmin edilə biləcəyindən daha ağır vəziyyətdədir, statistik məlumalar bunu göstərir”, deyə Zonnenfeld bildirib.

Moskva enerji daşıyıcılarını yüksək qiymətə satmaqla milyardlarla dollar əldə edə bilsə də, mövcud məlumatlar göstərir ki, onun daxili iqtisadi fəaliyyətinin böyük hissəsi zəifləyib.

İdxalı və mütəxəssisləri əvəz etmək imkanı olmadığına görə Rusiyanın daxili istehsalı tamamilə dayanıb. Kreml qaz və neft ixracından daha çox xarici valyuta əldə edə bilsə də, bu, Qərbin sanksiyalarının təsirini kompensasiya etmir. Avropanın gec və ya tez Rusiyanın enerji resurslarından imtina edəcəyi perspektivi Rusiya üçün böyük təhlükə yaradır.

Rusiya qazını satmalıdır, bunun 85%-i Qərbi Avropaya gedir. Rusiya Hindistana və ya Çinə çox qaz sata bilməz. Bunun üçün qaz kəmərlərinə ehtiyac var ki, onlar da yoxdur”, deyə Zonnenfeld bildirib.

Qərbi Avropa Rusiyanın təbii qazından imtina etməyə müvəffəq olarsa, Moskva həll edilməsi mümkün olmayan vəziyyətlə – bazarın olmaması ilə qarşılaşacaq, deyə Amerikalı ekspertlər qeyd ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar