Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı yeni detallar

Ukraynada qətlə yetirilən gənc azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılır.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verən mərhumun yaxınları bildiriblər ki, S.Qəniyevin nəşinin Polşaya, oradan da təyyarə ilə Bakıya gətirilməsi planlaşdırılır. Lakin bu baş tutmasa, cənazənin Moldova vasitəsilə Azərbaycana göndərilməsi nəzərdə tutulub.

O da məlum olub ki, Lvovda restoranda qətlə yetirilən Sənan Qəniyev həmin şəhərdə ticarətlə məşğul olub. Onun əmisi isə restoran işlədib və dava-dalaş da Sənanın əmisi ilə Lvovda fəaliyyət göstərən və Türkiyə vətəndaşlarının işlətdiyi "Şaurma" restoranının sahibləri arasında olub. Sənan əmisinin həmin rostorana getdiyini və mübahisə baş verdiyini öyrənərək oraya gedib. Bu zaman baş vermiş münaqişə zamanı kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut şiş ilə 33 yaşlı S.Qəniyevə xəsarət yetirib. Şiş Sənanın ayaq nahiyəsində vena damarını kəsdiyindən kəskin qanaxma baş verib. Çoxlu qan itirən gənc orada dünyasını dəyişib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Ən çox oxunanalar