Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevlə Əbülfəz Məlikovun nə qədər pulu var? - Milyardların izi ilə...

Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyevin son 5 illik fəaliyyətinin audit edilməsi ilə bağlı məlumat yayılıb. Qeyd olunur ki, Maliyyə Nazirliyi Hesablama Palatası ilə birgə DGK-da audit başladıb və ilkin olaraq ciddi pozuntular açkarlayıb.

Yoxlamanın nəticələri ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Bizimxeber.az-a uzun illər Gömrük Komitəsində çalışan şəxslərdən birinin verdiyi məlumata görə, audit yoxlamaları zamanı Dövlət Gömrük Komitəsində ciddi qanun pozuntusu və yeyinti faktı aşkarlanmayacaq. Yəni həmin faktlar Səfər Mehdiyevin həbsi üçün bəs etməz: "Bu o demək deyil ki, Səfər Mehdiyev düz işləyib. Mehdiyev və ətrafındakı şəxslər dövlət büdcəsindən ayrılan vəsaiti dağıtsalar belə yerinə hansısa sənədləri qoya biliblər. Yəni, rəsmi olaraq işlərini səhmanlayıblar. Əsas araşdırılmalı hissə Gömrükdə generallara, Əbülfəz Məlikova, Səfər Mehdiyevə məxsus 100-lərlə qanunsuz fəaliyyət göstərən şirkətlərin əli ilə qazanılan pullar və onların harda olmasıdır. Böyük pulların olması şübhə doğurmur. Bu şəxslərin fəaliyyətini ən üst səviyyədə araşdırdıqda milyardlar ortaya çıxır.

Həmçinin gömrük rəsmiləşdirilməsi zamanı sahibkarlardan alınan əlavə ödəmələr, işlənmiş avtomobil hissələri bazarının monopoliyasının gəlirləri, Əbülfəz Məlikovun "Broker" MMC-dən, Abşeron Logistika Mərkəzindəki "Milli Broker" MMC-dəki fəaliyyəti və diğər ciddi faktlar araşdırımalıdır".

Mənbə bildirir ki, ölkəyə tək "Tır"la (yük maşınları) gələn yüklərdən qazanılan pullar milyardlarla manat təşkil edib. Uzun illər monopoliyaya nəzarət edən bir neçə Kargo şirkətinin faizləri və sair hallar daha böyük rəqəmlərin olduğunu ortaya qoyur. 

Yeri gəlmişkən, qeyd edək ki, generalların həbsindən bir neçə gün əvvəl Sədərək və Binə Ticarət Mərkəzində uzun illər monopoliya yaradan, əsasən Türkiyədən yükdaşıma həyata keçirən, birbaşa Səfər Mehdiyevlə işləyən Kargo şirkətlərinin rəhbərlərinin həbs xəbəri yayıldı. Daha sonra məlum oldu ki, həbs olunan şəxs "Şah" Kargonun rəhbəri Muxtar Məmmədovdur. Elə isə maraqlıdır...

Doğrudanmı "Şah" Kargonun rəhbəri Muxtar Məmmədovdur?

Bəlkə Məmmədov "Şah" Kargo şirkətində sadəcə direktordur?  "Şah Kargonun əsl rəhbəri kimdir? Maraqlı sualdır...

Mənbə bildirir ki, Məlikov- Mehdiyev cütlüyünün qazandığı pulların miqdarını və fəaliyyət istiqamətini yalnız onları həbs etdikdən sonra müəyyənləşdirmək olacaq. Çünki külli miqdarda pula sahib olan hər iki şəxs azadlıqda olduğu halda bu araşdırmaları aparmaq mümkünsüzdür. Əbülfəz Məlikovun daha bir neçə qaranlıq fəaliyyəti də ciddi şəkildə araşdırılmalıdır.

Hazırkı vəziyyətdən ciddi narahat olan gömrük monopoliyasının banisi Əbülfəz Məlikov müxtəlif bəhanələrlə ölkədən çıxmağa çalışır. Onun müalicə adı ilə İrana getməsi planlaşdırılır. Mətbuatla əlaqələri bir qədər də genişləndirən Məlikov komandası onun adının çəkilməsinə imkan verməməkdədirlər. Əbülfəz Məlikovun həm də İran İslam Respublikasında böyük nüfuza malik qohumları var. Məlikov İrandan Səudiyyə Ərəbistanına "müalicəyə" getməyi planlaşdırır. Ərəbistana niyə?...

Daha bir məlumata görə, yaxın günlərdə Səfər Mehdiyev həbs edilən iki genralın cinayət işi ilə bağlı istintaqa ifadə üçün çağırıla bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar