Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payızda kommunal limitlər ləğv olunacaq?

Son vaxtlar ölkədə bahalaşmanın davam etməsinə baxmayaraq, gözlənilən sosial paket təqdim olunmadı.

Yəni maaş, pensiya, sosial müavinətlər artırılmadı. Bazarda isə mövcud qiymət artımı ilə yanaşı, kommunal xidmətlərlə bağlı da xərclər artıb. Limitin tətbiqi əhalinin xərclərini daha da artırır. Ekspertlərin fikrincə, Azərbaycanın milli sərvəti olan, kənardan idxal etmədiyimiz, neft, qazın qiymətini ucuzlaşdrmaqla əhalinin kommunal xərclərini yüngülləşdirmək olardı. Məsələn, elektrik, qaz, ümumiyyətlə, bütün kommunal xidmətlər üzrə tarifləri azaltmaq mümkündür. 

Qeyd edək ki, qarşıdan payız-qış mövsümü gəlir və bu dövrdə daha çox yanacağa ehtiyac var.

Mövcud bahalıq, yeni sosial paketin təqdim edilmədiyi şəraitində əhalinin problemlərini yüngülləşdirmək üçün limitin aradan qaldırılması yenidən gündəmə gələ bilərmi? Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, büdcədə nəzərdə tutulan müəyyən məsələlər var ki, bunlar əmək haqlarının, müavinətlərin artırılması, sosial layihələrin həyata keçiriməsidir:

“Fikrimcə, qarşıdakı aylarda mütləq bununla bağlı sosial paket həyata keçirilməlidir. Cənab Prezident də son çıxışlarında bildirdi ki, sosial layihələr mütləq davam etdiriləcək. Sosial paketə daxil olan məsələlər mütləq öz təsdiqini tapmalıdır. Buna heç bir şübhə ola bilməz. Çünki büdcədə artıq nəzərdə tutulub. Əgər büdcədə nəzərdə tutulubsa, ola bilsin ki, sentyabr, oktyabr ayında sosial layihələr həyata keçiriləcək”.

Limitin ləğv olunması məsələsinə gəldikdə isə millət vəkili bu barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb:

“Bu, hökumətin qərarından asılı olacaq. Milli Məclisin son iclasında bəzi millət vəkilləri tərəfindən limitin ləğv olunması məsələsi qaldırılmışdı. Ancaq hökumətin qarşısına tapşırıqlar qoyulub və əgər hökumət vacib görərsə, bunları yerinə yetirəcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar