Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna beynəlxalq təşkilatlara müraciət edib

Ukrayna Donetsk vilayətinin işğal olunmuş Yelenovka koloniyasında ukraynalı məhbuslara qarşı törədilən terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edir.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Hərbi əsirlərlə davranış üzrə əlaqələndirici qərargah bəyanat yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı dərhal cinayətlə bağlı beynəlxalq araşdırmaya başlamalı və bu hadisədə iştirak edənlərin hamısının cəzalandırılmasını tələb etməlidir. Biz ukraynalı hərbi əsirlərin saxlanma şəraitinin yoxlanılması üçün beynəlxalq təftişin aparılmasının zəruriliyini vurğulayırıq”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Ukrayna Rusiyadan terror aktı nəticəsində ölən və yaralananların siyahısını tələb edib: “Bütün yaralılara lazımi tibbi yardım göstərilməli, ölən hərbçilərin cəsədləri lazımi şəkildə dəfn olunmaq üçün qaytarılmalıdır”.

Bəyanatda vurğulanıb ki, Rusiyanın Yelenevkada törətdiyi cinayət beynəlxalq hüququn, milli qanunların və insan əxlaqı normalarının kobud şəkildə pozulmasıdır. Ona görə bu əməldə iştirak edənlərə ən ağır cəza verilməsi tələb olunur.

Xatırladaq ki, iyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Ən çox oxunanalar