Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN neft ərazilərində yaşayan şəxslərə və bura tullantı atan şirkətlərə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin aidiyyəti qurumlarının Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə birgə tədbir keçirilib.

Tədbir Bakı şəhəri, Səbayıl rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi “Azneft” İB-nin Bibiheybət Neft Qazçıxarma İdarəsinin 3-cü mədən ərazisində baş tutub.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib ki, sözügedən ərazinin ümumi sahəsi təxminən 90 hektardır:

"40 hektar ərazidə yerləşən Mərkəzi Neft Yığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün 5 ədəd çən mövcuddur. Bunların beşi 2000 m3 , iki çən isə 1000 m3 həcmdə xam neftin saxlanması üçün nəzərdə tutulub və 500 metr məsafədə yerləşən Neft Kəmərləri İdarəsinə bu çənlərdən neft nəql olunur. Ərazidə 150 quyu, 70 ədəd mancanaq dəzgahı, neft çöküntüləri yığılan kiçik həcmli çənlər, kollektor və boru xətləri, qaz kompressor və separator qurğuları, neft qızdırıcı sobalar mövcuddur:

"Bununla yanaşı, ərazidən “Azərişıq” ASC-yə məxsus 110 kV-luq yarımstansiyadan ayrılan yüksək gərginlikli elektrik xətləri, “Azəriqaz” İB-yə məxsus Badamdar qəsəbəsi Qaz təmizləyici məntəqəsindən ayrılan 325 millimetrlik orta təzyiqli qaz boru kəməri keçir. Bir sözlə sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından bu ərazi riskli yaşayış zonası hesab edilir".

Həmçinin A.Kazımov əlavə edib ki, ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir:

"Bundan əlavə, yaxınlıqda inşaat işləri aparan şəxslər, yaxud şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub. Mövcud vəziyyəti qiymətləndirən FHN Dövlət Yanğın Nəzarəti Xidməti ərazilərin təmiz saxlanılması sahəsində cavabdeh olan bütün aidiyyəti qurumların əlaqədar təşkilatlarına qarşı mütəmadi olaraq yanğın təhlükəsziliyinə dair tələblər irəli sürür, o cümlədən inzibati tədbirlər görür. Bununla belə, hələ də belə hallar qalmaqdadır".

Qeyd edək ki, bu gündən etibarən Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbüsü və təşkilatçılığı ilə əlaqədar qurumların, kommunal təsərrüfat işçilərinin cəlb edilməsi ilə ərazinin kol-kosdan, qamışlıq sahələrindən, tullantılardan təmizlənməsi, neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə geniş miqyaslı abadlıq işlərinə start verilib.

A.Kazımov bildirib ki, xüsusilə neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos qamışlıq sahələrinin təmizlənməsinə nail olunması məqsədilə rayon kommunal təsərrüfat işçilərinə ilkin olaraq məhz sözügedən sahələrdən işlərə başlanması tapşırılıb:

"Sonrakı mərhələdə ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılmalı və məişət tullantıları ərazidən kənarlaşdırılmalıdır".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar