Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onqat” olsun?

Etibar Cəbrayıloğlu yazır...

Bayram tətilində nə dənizə getdim, nə dağa çıxdım, nə də meşəni gəzdim. Ən sevimli məşğuliyyətimə zaman ayırdım - bizim yerli kanalların birində yayımlanan “Onqat” verilişinə baxdım. Ölürəm də bu veriliş üçün, hələ proqramın aparıcını demirəm... “Onqat”ın aparıcısı Sürəyya Sürməli Sonsim Səs Səda alayı aləmdir. Zalımın qızı gözəllik ikonasıdır sanki, Fəlsəfə İnstitutudur elə bil.

Səlahiyyətim olsa tapşıraram bu veriliş hər gün efirdə olsun. Tanınmış sənət adamları, elm xadimləri, yazıçı və şairlər “Onqat”a qonaq gəlsinlər. Aparıcı Sürəyya Sürməli Sonsim Səs Səda danışsın, gülsün, qonaqlar da qulaq assın.

Dünən eləmədim tənbəllik qələm-dəftər götürüb verilişi bütöv köçürdüm. Bayram tətilidir, tələsən bir yerim yox, sonra dəftərçəmə köçürdüyümü dönə-dönə oxuyub dincəldim nəyi var. İndi təkrar-təkrar bir də oxuyuram, aparıcının dialoqlarına, daha doğrusu, monoloqlarına fikir verirəm, Sürəyya Sürməli Sonsim Səs Səda həqiqətən də məktəbdir, məktəb. İnanmırsınız? Onda verilişin stenoqramını diqqətlə oxuyun...

Əvvəlcə “Onqat”ın “şapkası” efirə verilir, operatorlar aparıcını profildən, anfasdan müxtəlif pozalarda, 7-8 allı-güllü paltarda göstərirlər. Nəhayət, mənim ən sevimli verilişim başlayır:

Aparıcı Sürəyya Sürməli Sonsim Səs Səda: - Xoş gördük əziz “Onqat”sevərlər. Könül rübabınız daim səslənsin, hər zaman sevin, sevilin. Yazıçı da bu yerdə gözəl deyib-

Ol qədər hicrində gördüm mən ziyanlar, indi bax,

Xəstədir məhzun ürək, gözlər axan çayım mənim...

Həmişə olduğu kimi, “Onqat” sizə maraqlı bir veriliş təqdim edəcək, ürəyiniz, könlünüz, qəlbiniz xoş hisslərlə dolacaq. Qonağımızın gözəl fikirləri ilə tanış olacaqsınız. Yubanmadan qonağımızı sizlərə təqdim edirəm-tanınmış şair-yazıçı, alim, rəssam, bəstəkar Sevindik Ağlar. Sevindik müəllim, xoş gəlmisiniz.

Sevindik Ağlar: - Çox...

Sürəyya Sürməli Sonsim Səs Səda: - Çox demişkən, fikir çoxdur, gün çoxdur, mövzu çoxdur, dəniz çoxdur, qum çoxdur. Şeirlərinizin birində necə də gözəl deyirsiniz-

Götür könül süpürgəni, dərdi süpür getsin...

Sevindik Ağlar: - Mən deyəsən...

Sürəyya Sürməli Sonsim Səs Səda: - Mən deməklə, sən deməklə, biz deməklə sevgililər təzə mənzilə köçər. Mənim düşüncəmdə məhz belədir. Bayaqdan bəri maraqlı danışırsınız. Yəqin tamaşaçılarımız da soruşmaq istəyir ki, şairin könül qartalı bu istidə necə uçur?

Sevindik Ağlar: - İsti...

Sürəyya Sürməli Sonsim Səs Səda: - Necə də gözəl və orijinal dediniz. Sizinlə tam razıyam, Vətənin yolları daim asfalt olmalıdır ki, yar gedəndə toz olmasın. “Onqat”ın tamaşaçıları bilmək istəyir ki, hal-hazırda nə üzərində işləyirsiniz?

Sevindik Ağlar: - Bu günlərdə...

Sürəyya Sürməli Sonsim Səs Səda: - Düz buyurdunuz, bu günlər heç zaman unudulmaz. Rəssam demişkən-

Dəhani yaridən olsaydı bir əsər zahir

Yəqini tərki qılıb, mən gümanə gəlməz idim.

Bu verilişə gələndə liftdə fikirləşdim ki, görən qonağım əsərləri gündüz yazır, yoxsa gecə?

Sevindik Ağlar: - Bilirsiniz ki...

Sürəyya Sürməli Sonsim Səs Səda:- Əlbəttə bilirik, dünyanın xeyli hissəsi sudur. Bəzən insan dərdli, fikirli, qəmli olanda Günəşi də başqa cür oxuyur. Sizin yaradıcılığınızın şah əsərlərindən biri olan “Yol kənarındakı dirəklərin məftillərinə səhər çağı baxırdı ay parçası” hekayənizdə bir cümlə var-Xala, bir içim limonad ver. Tamaşaçılara çox maraqlıdır, sizin doğma xalanızdır?

Sevindik Ağlar: - Xalamın...

Sürəyya Sürməli Sonsim Səs Soraq: - Xala da bibi də, kirvə də insanın duyğularına körpü salandır. Çox sağ olun ki, gəldiniz, maraqlı fikirlər səsləndirdiniz. “Onqat”ın tamaşaçıları sizin qəlbinizin xırıltısını eşitdilər. Sevimli tamaşaçılar, “Onqat”ın daha bir buraxılışı sona çatır. Dünyanın yazılmamış qaydası var, əvvəl varsa, son da var. Pendir varsa, təbii ki, hardasa tələ qurulub... Gələn verilişimizdə görüşənədək...

Necədir? Özünüz də gördünüz ki, “Onqat”a baxmamaqda, aparıcı Sürəyya Sürməli Sonsim Səs Sədanın fəlsəfi düşüncələrini dinləməməkdə necə böyük səhv etmisiniz. Nə qədər imkan var “Onqat”a baxın..

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

Ən çox oxunanalar