Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə hakimlərinə maaşlarla bağlı bir şad və bir bəd xəbər

Hakimlərin maaşı artırılır.

APA-nın xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

 Qüvvədə olan qanuna əsasən, Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı (2475 manat) həcmində maaş ödənilirdi. Layihəyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş ödəniləcək. O cümlədən qüvvədə olan qanuna görə, yenə Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Yəni Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

- digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

- bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.

Layihəyə əsasən, hakimlərə məzuniyyətə çıxdıqları vaxt verilən iki aylıq əməkhaqqı məbləğində müavinət isə ləğv olunur.

O cümlədən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əməkhaqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilməsi də dayandırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar