Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zara”nın reklamı Türkiyədə narazılığa səbəb oldu

Zara brendinin Almaniyadakı yeni reklamı “Twitter”in Türkiyə seqmentində ciddi narazılığa səbəb olub.

Türkiyə sakinləri ispan brendinin reklamında çörəyin ayaqqabı üçün dayaq kimi istifadə edilməsindən hiddətləniblər.

#zarahaddinibil heşteqi “Twitter”də getdikcə populyarlaşır.

“Uşaqlıqda yolda çörəyi görəndə deyirdilər ki, bu nemətdir, insanlar ayağını basmasın deyə ya yuxarı qoyaq. Bu iyrənc reklamdır. Hər şeydən üstün olmalı olan çörək tapdalanır. Ayıbdır”,- istifadəçilərdən biri yazıb.

“Çörək zəhməti, ədaləti, birliyi simvolizə edir. Hansısa ölkədə insanların çörəyə ehtiyacı var, hansısa qlobal şirkət isə reklam üçün çörəyi ayaq altına atır. Bizim dəyərlərimiz daha necə alt-üst olacaq?”, - digər istifadəçi etiraz edir.

“Twitter” istifadəçiləri brendi çörəyə edilən təhqirə görə üzr istəməyə çağırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar