Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi və Fransa Prezidenti Emmanuel Makron iyunun 16-da birlikdə Ukrayna paytaxtı Kiyevə səfər edəcək.
“Report” xəbər verir ki, bunu “La Stampa” qəzeti yazıb.
Avropa İttifaqına üzv olan 3 ölkənin lideri Ukraynadakı vəziyyətlə yerində tanış olacaq, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşəcəklər.
pia.az