Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çirkab sular nə üçün Xəzərə axıdılır? - Ekoloq açıqladı

“1990-cı illərin ortalarından sonra Bakıətrafı ərazilərdə sürətlə məskunlaşma başlayıb. Masazır, Novxanı, Pirşağı kimi Bakıətrafı ərazilərdə xeyli evlər tikilib. Bu evlər, demək olar, heç bir planlaşdırmaya uyğun gəlmir. Sonra da bilmədilər ki, su-kanal şəbəkəsi necə qurulsun, çirkab suları hara axıdılsın? Bu gün də belə ərazilər qalmaqdadır. Məsələn, Zığ ərazisində Xəzər dənizinə çox yaxın tikilmiş evlər var”.

Bu sözləri Pravda.az-a ekoloq Rövşən Abbasov Xəzər dənizinə çirkab sularının axıdılması ilə bağlı yayılan görüntülər barədə danışarkən deyib.

Azərbaycanda su qıtlığı necə aradan qaldırılacaq…

Ekoloq bildirib ki, Bakıətrafı ərazilərin hamısını çirkab suları toplayan kollektor şəbəkəsi ilə təmin etmək mümkün deyil: “Bu, elektrik xətti deyil ki, şalbanları basdırıb elektrikləşdirəsən. Nə də qaz xətti deyil ki, sürətlə çəkəsən. Çirkab sularının sanitar sistem ilə təmin olunması xərc tələb edən və çətin prosesdir. Abşeron ərazisində indi də belə yerlər çoxdur. Tezliklə həmin əraziləri çirkab su şəbəkəsinə bağlamaq mümkün olmayacaq. Pirşağı istiqamətində sutəmizləyici stansiya tikilir. Orada olan, təxminən, 12-15-ə yaxın yaşayış məntəqəsindən toplanan sular həmin stansiyada təmizlənərək Xəzər dənizinə axıdılacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar