Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Yunanıstana sərt xəbərdarlıq edib: “Ağlını başına yığsın”

“Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın”.

PİA.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”.

“Türkiyə heç kimin haqqını və hüququnu pozmur, lakin öz haqqını və hüququnu da heç kimə verməz.

Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq”, - dövlət başçısı yazıb.

“Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə çalışmağın sonu fəlakətlə nəticələnəcək səydən başqa bir mənası yoxdur”, - Ərdoğan bildirib.

“Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”, - Türkiyə lideri vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar