Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını necə icra edib? 

Avropa Şurası Nazirlər Komitəsi 8-10 iyun tarixlərində keçirilən iclaslarında Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edəcək.

Media Hüquqları Qrupunun rəhbəri Xalid Ağalıyevin Gununsesi.info-ya verdiyi məlumata görə, gündəlikdə iki qrup işi var – “Xədicə İsmayıl” və “Anar Məmmədli” Qrupları. Birinci qrupa AİHM-nin jurnalistin şikayətləri əsasənda qəbul etdiyi iki qərar aid edilib. Qərarlar ərizəçinin şəxsi həyatın toxunulmazlığı və fikri ifadə etmək azadlığı hüquqlarının pozulması ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb. Amma çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb.

Hökumət, həmçinin ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.

Bundan əlavə, qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.

“Hökumətin təqdimatında “Media haqqında” qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir”.

“Anar Məmmədli” qrupuna gəlincə, burada AİHM-nin hüquq müdafiəçiləri və fəallar: Anar Məmmədli, İntiqam Əliyev, Məmməd Əzizov və Şahin Novruzlu, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə Leyla və Arif Yunusun işləri üzrə hökmlərindən söhbət gedir. Bu işlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğu qənaətinə gəlinib.

Yəni, AİHM onların hakimiyyəti tənqid etdiklərinə və siyasi fəaliyyətdə iştirak etdiklərinə görə həbs edildikləri qənaətinə gəlib. Adı çəkilən şəxslərin təqibinin qanunsuz olduğu etiraf olunsa da, Azərbaycan hakimiyyəti hələ də onlara bəraət verməyib.

Hökumət Nazirlər Komitəsinə cavabında bütün ərizəçilərin cinayət tətqibinə artıq xitam verildiyini və onlar üçün artıq heç bir mənfi hüquqi nəticənin qalmadığını vurğulayıb. (Gununsesi.info)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay