Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: "Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq"

"Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq".

Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib:

"Bizim ixrac potensialımız artır, həm beynəlxalq bazarlara qaz ixracının artmasına, həm də qeyri-enerji sahəsində islahatlara görə. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir. Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik. Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq. Yeri gəlmişkən, bu məsələ bizim bugünkü müzakirələrin mövzusu olmuşdur. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıqdan da danışdıq, xüsusilə də ölkələrimizin inkişaf ehtiyaclarına yönələn təhsil barəsində".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar