Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov FAO-nun baş direktoru ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini vurğulayıb. Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində AzərbaycanFAO arasında qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə edilib.

Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi, fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri, o cümlədən kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və bu ərazilərdə tətbiq edilən “ağıllı kənd” konsepsiyası barədə məlumat verib. Nazir, bərpa və quruculuq prosesində BMT-nin ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.

Baş direktor Qu Donqyu FAO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr aparılıb, bu sahələr üzrə AzərbaycanFAO arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar