Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bəzi yerlərində leysan yağıb

Mayın 1-i saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətinin PİA.az-a verdiyi məlumata əsasən, düşən yağışın miqdarı: Zaqatalada 47.0 mm, Balakəndə 29.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Kişçayda (Şəki) 5.0 mm, Lerikdə 4.0 mm, Qrızda 3.0 mm, Qusar, Ordubad, Ağdərədə (Ordubad) 2.0 mm, Şəki, Quba, İmişli, Qəbələ, Qax, Sabirabad, Cəfərxan, Salyanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 1.0 mm-dək olub.

Külək: aprelin 30-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: aprelin 30-da Bakıda iqlim normasından 3.5° yüksək olub, Bakıda və Abşeron yarımadasında 18-20° isti, Naxçıvan MR-da 22-26° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 23-28° isti olub.

Mayın 02-03-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Respublikanın bölgələrində də yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay