Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “Nə Qərb, nə də Rusiya hesablamanı düzgün aparmayıb” - Müsahibə

40 ölkənin müdafiə nazirləri Almaniyada anti-Rusiya koalisiyası formalaşdırdılar...

Siyasi-şərhçi: “Tərəflərin mübarizəsi hələ də o səviyyədədir ki, hər iki tərəf öz məqsədlərinə çatacaqlarına inanırlar və bunu nümayiş etdirirlər”.

“Vaşinqton və London üçün ən məqbul yol Rusiyanı Ukrayna çöllərində məğlub etməkdir ki, bunun baş verməsini də istisna etmək olmaz. Hər halda verilən bu mesajlar onu deməyə əsas verir ki, Qərb, xüsusən də anqlosaks cəbhəsi Rusiyanın Ukraynada məğlub olması üçün bütün resurslarını səfərbər edəcəklər”.

Bu sözləri “Valday” beynəlxalq diskussiya klubunun eksperti, siyasi şərhçi PİA.az-a müsahibəsində bildirib.

ABŞ Dövlət Katibinin və müdafiə nazirinin Kiyevə səfərindən sonra Almaniyada 40 ölkənin müdafiə nazirləri bir araya gələrək anti-Rusiya koalisiyası formalaşdırdılar. Toplantıda Ukraynaya ən müasir ağır silahların verilməsi qərarı çıxmaqla yanaşı bu ölkələrin Ukrayna üçün silah istehsalına başlaması da razılaşdırılıb və artıq Ukraynaya müharibənin taleyini dəyişəcək silahlar daxil olmaqdadır. Bilirik ki, ikinci dünya müharibəsində anti-Hitler koalisyasında ilkin olaraq 26 ölkə birləşmişdi.

Anti-Rusiya koalisiyasının formalaşmasını və Ukrayna-Rusiya müharibəsinin son gedişini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Hazırda adi, daşına bilən raketlərlə Rusiyanın təyyarələri, helikopterləri, qanadlı raketləri vurulursa, bu o deməkdir ki, Rusiyanın Hava Hücum Qüvvələri reklam olunduğundan çox-çox aşağı səviyyədədir”.

PİA.az siyasi-şərhçi Fərhad Məmmədov ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırır:

- Fərhad bəy, 40 ölkənin anti-Putin koalisiyasında birləşməsini necə dəyərləndirərdiz və hesab edirsinizmi ki, bu koalisiya müharibənin gedişinə həll edici təsirə sahib olacaq?

- ABŞ-ın Almaniyada Ramştayn bazasında belə tədbiri keçirməsi çox şeydən xəbər verir. Bu koalisiya hər şeydən əvvəl müharibənin Ukrayna sərhədlərindən Avropaya keçidinin qarşısını almaq məqsədini güdür. Müharibənin Ukraynada Rusiyanın məğlubiyyətilə bitməsi bu koalisiyanın əsas məqsədidir. O üzdən də, hesdab edirəm ki, anti-Rusiya koalisiyasın Ukrayna müharibəsinə təsirləri qaçınılmazdır. Koalisiyanın işlək olması isə, bu təsirin gücünü müəyyənləşdirəcək.

Birincisi qərara alınıb ki, bu tədbir ayda bir dəfə keçirilsin. Bu o deməkdir ki, Ukraynanın mübarizəsi artıq öz nəticəsini verdi. Yəni ABŞ öz müttəfiqləri ilə birlikdə Ukraynanın silahlanmasını xaotik yox, sistematik həyata keçirəcək.

İkincisi, bu onun göstəricisidir ki, Qərb Ukraynada Rusiyaya qarşı mübarizəsini uzunmüddətli planlaşdırır və dəstəkləyir.

Nəzərə almaq lazımdır ki, Blinken və Ostenin səfərindən sonra ABŞ-ın ritorikasında Ukraynanın qələbəsi kimi ifadələr yer almağa başladı. Əlbəttə, burada silahların verilməsində əsas məsələ logistika ilə bağlıdır. Çünki Ukraynaya silahlar ancaq Polşa üzərindən verilir. Kiçik bir qisim silahlar isə Ukraynaya Rumıniya üzərindən verilir. Ukrayna həm də Macarıstan kimi NATO üzvü olan ölkə ilə həmsərhəddir. Lakin Macarıstan öz ərazisi üzərindən silahların verilməsini qadağan edib. Bütün logistika məsələlərinin həlli üçün də belə görüşlərin keçirilməsi çox vacibdir.

Rusiya da öz növbəsində anlayır ki, bu silahların çatdırılması onların hərbi-siyasi məqsədlərinə çatmaları üçün böyük maneələr törədir. İrəliləyişlər müəyyən dərəcədə olsa da, onları möhkəmləndirmək heç də asan olmayacaq. Yəni tərəflərin mübarizəsi hələ də o səviyyədədir ki, hər iki tərəf öz məqsədlərinə çatacaqlarına inanırlar və bunu nümayiş etdirirlər.

Fərhad Məmmədov: “Böyük bir fəlakət baş verməlidir ki, tərəflərdən biri öz mövqelərindən çəkilsin”.

Digər tərəfdən nümayişkarcasına keçirilən tədbirlər Ukrayna və Rusiya danışıqlarında mövqelərin güclənməsinə xidmət edir. Yəni Qərb nümayiş etdirir ki, Ukraynaya davamlı dəstək göstərəcək, Rusiya isə hələ də Ukraynanın cənubunu və şərqini işğal etmək arzusundadır. Bunu da danışıqlarda öz mövqeyini gücləndirmək üçün vacib bilir.

Belə bir vəziyyətdə yaxın gələcəkdə danışıqların keçirilməsi və onların səmərəliliyi sual altındadır. Böyük bir fəlakət baş verməlidir ki, tərəflərdən biri öz mövqelərindən çəkilsin. Bu fəlakət nüvə silahının istifadəsimi olacaq, yoxsa Rusiya qoşunlarının Ukrayna ordusunun mühasirəsinə düşməsimi olacaq, hələ demək çətindir. Bunu artıq yaxın zamanda da, yaxud da uzun müddətli qarşıdurmadan sonra biz görə biləcəyik.

- Artıq ABŞBritaniya rəsmiləri açıq şəkildə bildirilər ki, onların əsas hədəfi Rusiyanı müharibə meydanında məğlub etməkdir. Bu ritorikanı necə dəyərləndirərdiz?

- Bu ritorika artıq Qərblə Rusiya arasında bütün münasibətlərin qopmasından xəbər verir. ABŞBritaniya heç bir diplomatik qaydalara riayət etmədən Rusiya qarşı müharibənin əsas tərəfləri olduqlarını nümayiş etdirirlər. Həmçinin bu ritorika Vaşinqton və Londonun ancaq yeni Rusiya ilə, Putinsiz Rusiya ilə münasibətlərin formalaşmasında maraqlıdır və bunu da bəyan edirlər.

Əlbəttə, Rusiya Qərbin bu cür reaksiyasını və Ukraynanın müqavimət, bacarığını gözləmirdi. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı olan sanksiyaların təsiri də məhz yay aylarına təsadüf edəcək. Bu kontekstdə daxili-siyasi vəziyyət çox önəmli yer tutacaq. Bu müharibədə hansı tərəfin daha dayanıqlı olacağı görünəcək.

Biz görürük ki, Qərb Rusiyaya qarşı sanksiyalardan istifadə edir. Amma istəyinə nail ola bilmir. Çünki Rusiya cəmiyyəti siyasi elitaya qarşı müqavimət göstərmir. Belə deyə bilərik ki, hər iki tərəf - həm Qərb, həm Rusiya öz planlaşmalarında səhv ediblər. Amma heç kəs proqnozlaşdırmır ki, Ukraynanın müqaviməti bu neçə ay ərzində yüksək səviyyədə qalacaq yoxsa, yox. Yaxud da Rusiyanın daxilində dayanıqlı siyasi sabitlik və hakimiyyətə dəstək mövcud olacaq, yoxsa yox. Bunlar əsas şərtlərdir.

Əgər Rusiya iqtisadiyyatı bir neçə aydan sonra sanksiyaların qarşısında davam gətirə bilməsə, o zaman Putinin müharibə meydanında hansı addımlar atacağını da proqnozlaşdırmaq hələ tezdir və çətindir. Yuxarıda da qeyd elədiyim kimi, müharibə meydanında böyük fəlakət də yaşana bilər və bu fəlakətin miqyasına görə vəziyyətin kökündən dəyişməsi də mümkündür.

Başqa bir məsələ isə Rusiyanın müharibəni davam etdirmək üçün resurslarının nə qədər yetəli olmasıdır. Çünki sanksiyalar ucbatından Rusiyada Hərbi Sənaye Kompleksinin işi demək olar ki, iflic vəziyyətə düşməkdədir. Rusiya istifadə etdiyi raketlərin və hərbi sürsatların yerini doldurması üçün istehsalı artırmalıdır. Lakin bilirik ki, xaricdən gələn ehtiyyat hissələrinin olmaması halında bu mümkün deyil. Çinin bu sahədə Rusiyaya yardımcı ola bilməsi də böyük sual altındadır, hətta mümkün görünmür.

Vaşinqton və London üçün ən məqbul yol Rusiyanı Ukrayna çöllərində məğlub etməkdir ki, bunun baş verməsini də istisna etmək olmaz. Hər halda verilən bu mesajlar onu deməyə əsas verir ki, Qərb, xüsusən də anqlosaks cəbhəsi Rusiyanın Ukraynada məğlub olması üçün bütün resurslarını səfərbər edəcəklər.

- Fərhad bəy, dünyanın ikinci ordusu olaraq bilinən Rusiya ordusu həm də ən qorxunc müasir silahlara sahib olması ilə tanınırdı. Lakin Qarabağ və Ukrayna müharibəsi göstərdi ki, Rusiya silahları heç də təsvir olunduğu səviyyədə deyilmiş və indiki mənzərə elədir ki, Rusiya silahlarını NATO silahları ilə ümumiyyətlə müqayisə etmək heç də doğru çıxmır. Hesab edirsinizmi ki, Rusiya NATO ilə müharibə apara biləcək bir qüdrətə sahibdir?

- Bildiyimiz kimi silahların bir neçə növü var. Bunlara adi, taktiki və strateji silahlardır. Adi və taktiki silahlar baxımından Ukraynadakı müharibədə Rusiyanın o qədər də irəli getməməsi ilə yadda qaldı. Demək olar ki, Rusiyanın taktiki silahları Ukraynada lazımı nəticəni əldə etmək üçün yararsız oldu. Əksinə, görünür ki, NATO-nun silahları kifayət qədər səmərəlidir.

Hazırda adi, daşına bilən raketlərlə Rusiyanın təyyarələri, helikopterləri, qanadlı raketləri vurulursa, bu o deməkdir ki, Rusiyanın Hava Hücum Qüvvələri reklam olunduğundan çox-çox aşağı səviyyədədir. Digər tərəfdən, Rusiya pilotsuz uçuş aparatlarına o qədər də etibar etmirdi və onların pilotsuz uçuş aparatları demək olar ki, kustar üsulla hazırlanıb. Buna görə də pilotsuz uçuş aparatları baxımından da NATO üstünlüyü əldə edib. Qarabağ müharibəsi də, hazırkı Ukrayna müharibəsi də onu göstərir ki, pilotsuz uçuş aparatları müasir müharibədə həll edici rol oynayır.

Fərhad Məmmədov: “Maraqlısı ondan ibarətdir ki, Rusiya özünü həqiqətən anti-Amerika cəbhəsinin lideri kimi təqdim edirdi... Amma müharibədən sonra Rusiyanın özü sıradan bir ölkə olaraq anti-Amerika koalisiyasına qoşulmalı olacaq”.

İndi Ukraynaya daha müasir, daha uzaqmənzilli artileriya qurğuları gətirirlər. Artıq reaktiv silahlar da Ukraynanın cəbbəxanasında yer almağa başlayıb. Bu da müəyyən dərəcədə Rusiyanın irəliləməsinə maneçilik törədəcək. Hətta ola bilsin ki, müharibənin taleyini də NATO silahları həll edəcək. Bu baxımdan, yəni söhbət taktiki silahlarla müharibədən gedirsə, Rusiyanın NATO ilə müharibə etməsi mümkün deyil. Çünki NATO-nun hərbi və iqtisadi resursları Rusiyadan on dəfələrlə çoxdur. NATO-nun taktiki silahları da Rusiyanın silahlarından çox-çox güçlüdür.

Amma strateji silahlar baxımından Rusiyanın üstünlüyü çox böyükdür. Putin də bu məsələni bir neçə dəfə deyib və qeyd edib ki, Rusiya məğlub olarsa strateji silahlardan, o cümlədən nüvə silahından istifadə edəcək. Ümumiyyətlə strateji silahlar və nüvə başlıqları Rusiyanın Qərbu durdurmaq üçün istifadə etdiyi bir alətdir və Rusiyanın Qərbi durdurmaq üçün başqa alıti də yoxdur. Yəni Rusiya bu silahlardan hər dəfə NATO-ya, ABŞ-a, Britaniyaya qarşı bir durdurma, təhdid aləti kimi istifadə edir.

Əlbəttə ki, ABŞ-ın, Britaniyanın, Fransanın da strateji silahları var və silahlar Rusiyanı tamamilə yox eləmək üçün yetərlidir. Lakin bunu müzakirəyə çıxarmaq belə fəlakətin qapısını aralı qoymaq anlamına gəlir ki, Putin də əslində bunu edir. Çünki bilirik ki, nüvə müharibəsinin qalibi olmayacaq, məğlub olan tərəf isə bütün planet olacaq.

- Sizcə Rusiyanın hazırkı siyasi-hərbi vəziyyəti geosiyasi iddiaları ilə üst-üstə düşürmü və bu müharibə sonucundan necə bir Rusiya ortaya çıxa bilər?

- Hazırkı siyasi-hərbi vəziyyət onu göstərdi ki, planlaşdırma düz aparılmayıb. Nə Qərb, nə də Rusiya hesablamanı düzgün aparmayıb. Qərb düşünürdü ki, sanksiyalar nəticəsində Rusiyada daxili siyasi vəziyyət pisləşəcək. Amma bunun əksi baş verdi. Oliqarxlar çəkilib bir yana, əhali isə qorxu içindədir və yaxud da Putini dəstəkləyir.

Eyni zamanda Rusiya da hesablamaqları düzgün aparmadı. Ukrayna Rusiyaya çox güclü müqavimət göstərir. Həmçinin Rusiya Qərbin reaksiyasını hesablamadı.

Fərhad Məmmədov: “Belə böyük müharibələr adətən iştirakçı dövlətin süqutu ilə və yaxud da parçalanması ilə müşahidə olunur. Bunun Rusiya, yoxsa Ukraynanın olacağını zaman göstərəcək”.

Müharibə və müharibədən sonrakı dövrdə Rusiya zəifləməyə başlayacaq. Bu da öz növbəsində Rusiyanın iddialarını həm qonşu bölgələrdə, həm də qlobal siyasətdə məhdudlaşdırılmasına gətirib çıxaraq. Bu qaçılmazdır.

Maraqlısı ondan ibarətdir ki, Rusiya özünü həqiqətən anti-Amerika cəbhəsinin lideri kimi təqdim edirdi, eyni zamanda hamını, o cümlədən Çini bu anti-Amerika kolisiyasına dəvət edirdi. Amma müharibədən sonra Rusiyanın özü sıradan bir ölkə olaraq anti-Amerika koalisiyasına qoşulmalı olacaq. Çünki anti-Amerika cəbhəsində artıq liderlik Çinə keçəcək. Amma bu 3-5 ilə baş verə bilər. Ümumiyyətlə isə, Ukrayna müharibəsindən sonra tamamilə fərqli bir dünya sisteminə keçid olacaq və bu sistemdə aparıcı rol ABŞ-la Çin arasında müəyyənləşəcək. Ola bilsin ki, BMT də ciddi ıslahatlara məruz qalsın. Bütün bunları yaxın gələcəkdə görəcəyik.

Onu da qeyd edim ki, belə böyük müharibələr adətən iştirakçı dövlətin süqutu ilə və yaxud da parçalanması ilə müşahidə olunur. Bunun Rusiya, yoxsa Ukraynanın olacağını zaman göstərəcək. Əgər Ukrayna bu müharibədə məğlub olarsa, o zaman qarşıdurma birbaşa Avropaya keçəcək və bu Rusiya-NATO münasibətləri özünün ən qaynar fazasına keçəcək.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Ən çox oxunanalar