Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatının son vəziyyəti: İnflyasiya, kiçilmə və təhdidlər...

Rusiya-Ukrayna müharibəsi fonunda dəyişən qlobal iqtisadi artım perspektivləri...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 aprel 2022-ci il

BVF-nin yeni dərc etdiyi “Dünya: İqtisadi Görünüş Hesabatı”na görə, Rusiya-Ukrayna müharibəsi səbəbindən həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım gözləntilərinin azalacağı proqnozlaşdırılır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin iqtisadi artımı azaldacağı, enerji və ərzaq çatışmazlığı səbəbindən inflyasiyanın artacağı proqnozlaşdırılır. Artan qiymətlərə görə bütün dünyada “iqtisadi artım və ya inflyasiya ilə mübarizə” dilemmasının müzakirə edildiyi bir dövrdəyik.

Lakin bir çox ölkələrdə bəzi mallarda hədsiz qiymət artımı nəticəsində yaranan və ya yarana biləcək problemlər inflyasiya ilə mübarizənin öncəliyi kimi görünür. Çünki Rusiya-Ukrayna müharibəsi ilə bağlı baş verən hədsiz dərəcədə ərzaq və enerji qiymətləri səbəbindən cəmiyyətin geniş təbəqələrində alıcılıq qabiliyyətinin zəifləməsi və sosial təbəqələrin tələblərinin artmasının iqtisadi və siyasi sahədə mənfi təzyiq yaradacağı proqnozlaşdırılır.

Bununla belə, Rusiya-Ukrayna müharibəsinin hələ də davam edəcəyi və gərginliyin daha da artacağı, inflyasiyanın gözlənildiyindən daha uzun müddət yüksək qalacağı gözlənilir.

Belə olan halda yüksək inflyasiya ilə mübarizədə inkişaf etmiş ölkələrin mərkəzi banklarının faiz dərəcələrini artırmağa daha həvəsli olacağı proqnozlaşdırılır. Bu üstünlük iqtisadi artımın azalacağı və ölkələrin inflyasiyadan qaçaraq iqtisadi daralma ehtimalının daha yüksək olduğu bir dövrü qeyd edir.

Bununla belə, fiskal siyasətin iqtisadi artıma mənfi təsir göstərməsinin qarşısını almaq üçün istifadə oluna biləcəyi və burada manevr imkanlarının olduğu da bir həqiqətdir.

Ölkələrin iqtisadi artımı ilə bağlı gözləntilər

BVF-nin dərc etdiyi “Dünya İqtisadi Görünüş Hesabatı”na görə, 2021-ci ildə 6,1% böyüyən dünya iqtisadiyyatının Covid-19, enerji qiymətlərindəki artımlar və davam edən Rusiya-Ukrayna müharibəsi səbəbiylə 2022 və 2023-cü illərdə 3,6% artacağı proqnozlaşdırılır.

Başqa sözlə, dünya iqtisadiyyatında iqtisadi artım hədəfləri aşağıya doğru yenidən işlənib.

Dünya iqtisadiyyatında iqtisadi artımı daşıyan inkişaf etməkdə olan ölkələrdə gözlənilən iqtisadi artıma nəzər saldıqda, 2022-ci il üçün 4,8%-dən 3,8%-ə, 2023-cü il üçünsə 4,7%-dən 4,4%-ə endirilib.

Yenə ABŞ iqtisadiyyatının 2022-ci il iqtisadi artım proqnozu 4%-dən 3,7%-ə endirilib, Avro Bölgəsi üçün 2022-ci il üçün iqtisadi artım proqnozu isə 3,9%-dən 2,8%-ə doğru yenilənib.

Digər tərəfdən, dünyanın ən yüksək iqtisadi artımına malik ölkələrindən biri olan Çinin 2022-ci il üçün iqtisadi artım gözləntiləri 4,8%-dən 4,4%-ə endirilərkən, 2023-cü ildə 5,2%-dən 5,1%-ə endirilib.

Bir çox ölkənin iqtisadiyyatında və işğal altında olan Ukraynada enerji və ərzaq qiymətlərinin hədsiz artmasında mühüm rolu olan Rusiya iqtisadiyyatının 2022-ci ildə 8,5%, Ukrayna iqtisadiyyatının isə 35% azalacağı proqnozlaşdırılır.

Rusiya ilə Ukrayna arasında Covid-19 bitmədən başlayan müharibə, bu müharibənin yaratdığı enerji və ərzaq qiymətlərindəki artımlar, qeyri-müəyyənliklər, ümumi görünüşün pisləşməsi və risklər 2022-ci il üçün qlobal iqtisadi artım hədəflərini təhdid etməyə davam edir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar