Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov niderlandlı həmkarı ilə telefonla danışıb

19 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən PİA.az-a verilən xəbərə görə, nazirlər, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini və xoş arzularını ifadə ediblər.

Tərəflər, ikitərəfli gündəliyin cari məsələləri, habelə əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar. Bu ilin 15 mart tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məmnunluqla vurğulanıb və bu təcrübənin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət, AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər, bu xüsusda liderlərin Brüssel görüşündə əldə edilmiş razılaşmaların icrasının vacibliyi, eləcə də bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışlarına dair məlumat verib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar