Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremldə nələr baş verir? - Putin və Kovalçuk Rusiyanın yeganə xilaskarlarıdır?

Putinin ətrafından bəziləri çoxdan onu inandıra biliblər ki, Rusiyanı xilas edə biləcək yeganə şəxs odur və istənilən başqa potensial lider ölkəni çöküşə aparacaq...

Mikhail Zygar
“Şarkul Avsat” qəzeti, 4 aprel 2022-ci il

Prezident Vladimir Putinin Ukraynanı işğal etmək qərarından sonra Rusiya iqtisadiyyatı sanksiyalara məruz qaldı. Beynəlxalq biznes və layihələr Rusiyadan çəkildi. Hətta media vasitələrinin fəaliyyəto də məhdudlaşdırılıb.

Rus xalqının Rusiya hüdudlarından kənarda başqaları ilə ünsiyyət azalıb. Bütün baş verə prosesin müşahidəçisi olduğum üçün qorxuram ki, Rusiya hər keçən gün daha çox öz prezidentinə bənzəsin.

Mən illərdir Kremldən xəbəri olan yüksək profilli iş adamları ilə ünsiyyətdəyəm. 2016-cı ildə Putinin yaxın ətrafı haqqında “Bütün Kremlin adamları” adlı kitabımı nəşr etdirmişəm. O vaxtdan kitabımı tamamlamaq üçün məlumat toplayıram. Prezident Putin haqqında deyilənlər qeyri-müəyyən olsa da, o, keçmiş KQB zabiti olduğundan və həmişə gizli işlədiyindən, son iki ildə onun davranışı haqqında eşitdiklərim narahatedicidir. Rusiya liderinin Ukrayna üzərində öz hökmranlığını bərpa etmək zərurətinə dərin inamı və özünü ideologiyalar və ideoloqlarla əhatə etmək qərarı Avropanın İkinci Dünya Müharibəsindən sonra bu gün ən təhlükəli nöqtəyə gəlməsinə yol açıb.

Putin 2020-ci ilin yaz-yayını MoskvaSankt-Peterburq arasındakı Valday iqamətgahında karantində keçirib. Ünsiyyətdə olduğum yüksək çinli Kreml mənbələrinin bildirdiyinə görə, Putin təcriddə dövlət tərəfindən himayə edilən bir neçə media orqanının sahibi, “Rossiya Bank”ın ən böyük səhmdarı, həmçinin Putinin yaxın dostu və 1990-cı illərdən bəri ən etibarlı məsləhətçisi Yuri Kovalçukla birlikdə olub. Mənbələrimə görə, 2020-ci ilə qədər Kovalçuk özünü Rusiyada faktiki iki nömrəli şəxs kimi göstərib və Putinin ətrafı arasında ən nüfuzlu şəxsə çevrilib.

Kovalçuk fizika üzrə fəlsəfə doktorudur və bir vaxtlar Nobel mükafatı laureatı Jores Alfreovun rəhbərlik etdiyi institutda işləyib. Lakin o, təkcə alim deyil, həm də qeyri-müəyyənlik, ABŞ və hegemonizm əleyhinə konsepirasiya nəzəriyyələrini bir araya gətirən dünyagörüşün formalaşmasında iştirak edən ideoloqdur. Görünür, Putin də bu dünyagörüşünü qəbul edir. 2020-ci ilin yayından Putin və Kovalçuk az qala ətlə dırnaq kimi olublar və birlikdə Rusiyanın şöhrətli günlərini qaytarmaq üçün planlar qururlar.

Putinin son iki il ərzində köməkçiləri ilə danışıqlarından məlumatlı olan insanların fikrincə, prezident iqtisadiyyata, sosial məsələlərə və ya koronavirus pandemiyasına bütün marağını itirib. Bütün bunlar onun üçün diskomfort mənbəyidir, çünki Rusiya prezidenti Kovalçukla birlikdə keçmişə aludə olub və Rusiyanın möhtəşəm keçmişini qaytarmağı xəyal edirlər.

Bir fransız diplomatın dediyinə görə, Fransa prezidenti Emmanuel Makron keçən ay Putinlə danışıqlarının birində Rusiya prezidentinin ona uzun tarix dərsi verdiyi üçün çox təəccüblənib. Lakin Makron təəccüblənməməli idi, çünki Putin özünü son illərdə Rusiyanın alçaldılmasını və gözdən salınmasını nəhayət düzəldə biləcək unikal tarixi mövqedə görür.

Putin və Kovalçuk 90-cı illərdə ilk dəfə görüşəndə ​​Sovet İttifaqının dağılmasından sonra Rusiyanın özü kimi ayaq üstə dayana biləcək bir dayaq tapmaqda çətinlik çəkirdilər. Onlar hesab edirdilər ki, Qərb Rusiyanın zəifliyindən istifadə edərək NATO-nu ölkə sərhədlərinə maksimum yaxınlaşır. Putinin sözlərinə görə, onun hakimiyyəti dövründə yaranmış geosiyasi vəziyyətdə bu gün zəif olan tərəf Qərbdir. Putinin ciddi qəbul etdiyi yeganə Qərb lideri Almaniyanın keçmiş kansleri Angela Merkel idi. Amma indi Merkel də yoxdur və Putin Rusiyanın 1990-cı illərdə Qərb tərəfindən alçaldılmasının qisasını almaq istəyir.

Belə görünür ki, ətrafda ona bunun əksini söyləyəcək heç kim yoxdur. Onu tanıyanların sözlərinə görə, Putin artıq dostları ilə görüşmür, içki və manqal qonaqlıqları keçirmir. Son illərdə və xüsusən də, epidemiya başlayandan bəri - bir çox məsləhətçiləri və dostları ilə əlaqəni kəsib.

Mühafizəçiləri ətrafdakılara və hökümət üzvlərinə qarşı ciddi protokol tətbiq edirlər. Bir həftə karantində qalmadan heç kim Putinlə görüşə bilməz. Buraya vaxtilə onun şəxsi katibi və dövlət neft şirkəti “Rosneft”in baş direktoru olan İqor Seçin də daxildir. Hazırda Seçin prezidentlə ara-sıra görüşmək üçün ayda iki-üç həftə karantində qalır.

Kremlin bütün əhəmiyyətli şəxslərində “kollektiv Putin” fenomeninin nə istəyə biləcyini əvvəlcədən təxmin etmək tendensiyası formalaşıb. Hər halda mənim müşahidələrim bundan xəbər verir. Onlar Putinə ancaq eşitmək istədiklərini deyirlər və “kollektiv Putin” fenomeni hər şeyin üzərində durmaqda davam edir. Bütün dünya bunu işğal ərəfəsində də gördü. Putin yüksək çinli məmurları bir-bir yanına çağırdı və onların qarşıdan gələn müharibə ilə bağlı fikirlərini soruşdu. Onların hamısı öz missiyasını başa düşdülər və dövlət başçısının fikirlərini öz sözləri ilə ifadə etməyə çalışdılar.

Rusiyanın bütün televiziya kanallarında yayımlanan bu görüşlərin məqsədi ölkənin bütün yüksək vəzifəli şəxsləri arasında Putinin işğal siyasətinin məsuliyyətini bölüşdürmək idi. Bununla belə,Putinin keçmiş kadrlarından və ətrafından tamamilə sıxıldığını da dilə gətirib. Görünür, Putin uzun hakimiyyət yolu keçdiyi bu adamlara xor baxırdı və bunu Xarici Kəşfiyyatın direktoru Sergey Narışkinlə söhbət zamanı onu danlaması da sübut edir. Narişkin, əvvəlcə ondan gözlənilən sözləri deyə bilmədi, ua da demək istəmədi, amma Putinin danlağından sonra özünü toplayaraq prezidentin haqlı olduğunu bildirdi.

İllər əvvəl xəbər verdiyim kimi, Putinin ətrafından bəziləri çoxdan onu inandıra biliblər ki, Rusiyanı xilas edə biləcək yeganə şəxs odur və istənilən başqa potensial lider ölkəni çöküşə aparacaq. Konstitutsiyaya uyğun olaraq prezidentlik səlahiyyələri sona çatanda və hakimiyyətdən getməyi düşünəndə Putinin eşitdiyi mesaj da bu idi. O zaman çoxunun KQB keçmişi olan müşavirləri ondan hakimiyyətdə qalmasını tələb etmişdi. Bir neçə ildən sonra Putin və ətrafı “varislik prosesinin” necə işləyəcəyi və varisin kimin olacağı barədə danışıqlar apardılar, çünki o, namizədliyini irəli sürə bilməzdi və Dmitri Medvedev sonda bir müddətlik prezident adına oldu. Dörd ildən sonra Putin yenidən prezident postuna qayıtdl və indi o, Rusiyanı yalnız özünün xilas edə biləcəyinə inanır. Hətta ətrafdakıların onun planlarını poza biləcəyini düşünür. Çünki bilir ki, ətrafındakıların çoxusu artıq belə düşünmür.

Putinin onsuz da dar olan yaxın ətrafı daha darala bilməz. Ukraynadakı itkilərin artması fonunda prezident ölkəsinə qarşı tətbiq edilən sanksiyaları Rusiyaya “müharibə elanı” kimi görür və görməkdə qərarlıdır.

Eyni zamanda görünür ki, Putin tam təcridin ölkə daxilində çoxlu sayda etibarsız (vətən xaini) elementlərin Rusiyanı tərk etməsinə səbəb olacağına inanır və müharibə başlayandan sonra Putinə etiraz edən ziyalılar tələsik ölkəni tərk edirlər. Bəziləri, hətta Rusiyadan çıxmaq üçün var-dövlətlərindən belə imtina ediblər. Putin və Kovalçukun nöqteyi-nəzərindən baxsaq, qorxuram ki, bu, Rusiyanı gücləndirəcək və dünya daha böyük fəlakətə sürüklənəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Ən çox oxunanalar