Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Formula 1" üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

Yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış "İdman TV"də göstərilirdisə, cari mövsümdən heç bir telekanal "Formula 1"i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanallarında nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda "Formula 1"i kabel televiziyasındakı kanallar vasitəsilə də izləmək mümkünsüzləşib.

Rövşən Binnətli

"İdman TV"nin direktoru Rövşən Binnətli "Report"a açıqlamasında cari mövsümün yayımlarını hələ gerçəkləşdirə bilmədiklərini etiraf edib: "Hazırda əlaqədar qurumların hamısı ilə danışıqlar davam etdiyindən, dəqiq bir söz deyə bilməyəcəyəm. Ancaq bu istiqamətdə ciddi işlər görülür. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək. Mövsümün növbəti mərhələlərini, o cümlədən, Azərbaycan Qran-prisini yayımlamaq üçün müvafiq işlər görürük. Yaxın zamanlarda hər şey dəqiq bilinəcək".

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Bu xəstəliklər bağırsaq xərçənginə yol açır

Ən çox oxunanalar