Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Azərbaycana avtomobil daşımaları üçün icazələrin verilməsini sadələşdirib

Ukraynanın İnfrastruktur Nazirliyi beynəlxalq avtomobil daşımaları üçün icazələrin verilməsi qaydalarının sadələşdirib.

“APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Belarus və Rusiya ərazisindən tranzitin bağlanması, eləcə də avtomobil nəqliyyatı ilə yükdaşımaların sayının artması nəzərə alınaraq aprelin 4-dən etibarən müvafiq sənədə düzəlişlər edilib və məhdudiyyətlər götürülüb.

Sənəddə bir sıra dəyişikliklərlə yanaşı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan ərazilərinə Avro-3 və daha yüksək ekoloji standartların tələblərinə cavab verən nəqliyyat vasitələri üçün daşıma həyata keçirən avtomobil daşıyıcılarına icazənin verilməsi sadələşdirilib.

Həmçinin qeyd olunur ki, müharibə başlayandan bəri İnfrastruktur Nazirliyi hərbi vəziyyət dövrü üçün icazə sisteminin ləğvi ilə bağlı tərəfdaş ölkələrlə sistemli danışıqlar aparır.

Aprelin 4-ü tarixinə olan məlumata görə, Avropa İttifaqının yeddi ölkəsinin o cümlədən Bolqarıstan, Macarıstan, İtaliya, Danimarka, Latviya, Estoniya, Litva, həmçinin Gürcüstan və Türkiyə ərazisi vasitəsilə daşımalara ikitərəfli və tranzit icazələrin ləğvi barədə razılığa gəlmək mümkün olub. Slovakiya da icazəsiz tranzit daşımalara razılıq verib.

Bununla yanaşı, bütün humanitar yüklərin Moldova, Rumıniya, Sloveniya, Avstriya, Çexiya, Polşa, Almaniya, Hollandiya və Litva ilə icazəsiz daşınması mexanizmi yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar