Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hibrid müharibə və iqtisadi məqsədlər...

Məsələ təkcə “enerji təchizatının təhlükəsizliyi” deyil. Söhbət enerjiyə gəldikdə qiymət təhlükəsizliyi ölçüsü də var...

Levent Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə

Türkiyənin ev sahibliyi etdiyi Dolmabahçedə davam edən sülh danışıqlarından gələn ümidverici siqnallara baxmayaraq, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu vəziyyət dünya iqtisadiyyatında mövcud risklərin üzərinə yeni risklər də əlavə edib. Üstəlik, müharibə bitsə belə, Rusiyaya qarşı sanksiyalar və iqtisadi təcrid davam edəcək. Digər tərəfdən, Rusiyanın heç nə etmədən sadəcə olaraq bu hadisələri izləyəcəyini düşünmək də ağıllı deyil.

Gerasimov doktrinası və hibrid müharibə

Valeri Vasilyeviç Gerasimov Rusiyanın Baş Qərargahının rəisidir. Lakin Gerasimov təkcə hərbi biliyi və ya hazırkı mövqeyi ilə tanınan şəxs deyil. Gerasimov həm də təhlükəsizlik sahəsində çalışan akademiklərin tez-tez istinad etdiyi “Elmin uzaqgörənlikdə dəyəri” adlı məqaləsi ilə “hibrid müharibə” anlayışını ədəbiyyata gətirən şəxsdir.

Hibrid müharibə: adi əməliyyatlar və güc tətbiqi, saxta xəbərlər və qavrayışların idarə edilməsi, kiber müdaxilələr, iqtisadi manipulyasiyalar və düşmənin iradəsini qıra biləcək bütün digər vasitələrlə həyata keçirilən yeni nəsil müharibə formasıdır. Adi müharibələrdə, əsasən hərbi hədəflərin məhv edilməsi nəzərdə tutulduğu halda, hibrid müharibələrdə sözügedən müharibənin hədəfləri və nəticələri baxımından o ölkədə mülki vətəndaşlar da daxil olmaqla, hər kəsin hiss edəcəyi nəticələr olur. Nəzərinizə çatdırım ki, hibrid müharibənin əsas təsiri qeyri-ənənəvi hissədədir.

Lavrov niyə “hibrid müharibə” dedi?

Rusiya xarici işlər naziri Lavrov Avropadakı siyasətçilərin Rusiyaya qarşı Hitler Almaniyasında istifadə edilən “total müharibə” ifadəsini işlətdiyini müdafiə edərək: “(Qərblilər) Rusiyaya qarşı total, hibrid müharibə elan etdilər. Məqsədləri gizli deyil, onlar Rusiya iqtisadiyyatını və bütövlükdə Rusiyanı məhv etmək, boğmaq istədiklərini açıq şəkildə bəyan ediblər”, deyə çıxış etdi. Xülasə, Lavrov deyir ki, müharibənin hərbi ölçüsü bitsə belə, qərblilər hibrid müharibə üsulları ilə Rusiyanı məhv etmək üçün bütün digər alətlərdən, xüsusən də iqtisadiyyatdan istifadə etməyə davam edəcəklər.

Bu vəziyyətə baxdığımız zaman qarşıdakı dövrdə müharibə bitsə belə, əsas hədəfin Rusiya iqtisadiyyatı olacağı açıq-aşkar görünür. Təbii olaraq, unutmaq olmaz ki, Rusiya buna hücum edən ölkələrin iqtisadiyyatını hədəf alaraq buna cavab vermək imkanına malikdir. Necə?

Neft və təbii qaz qiymətləri silaha çevirir?

Rusiya-Ukrayna müharibəsi səbəbindən, demək olar ki, hər sahədə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olundu və o, demək olar ki, Moskva qlobal sistemdən təcrid olundu. Amma bir sahə var ki, Aİ ölkələri o məsələ gündəmə gələndə həmişə “kənara çəkilir”. Çünki Aİ-nin Rusiyadan, xüsusən də təbii qazdan asılılığı İttifaqın enerji təchizatı təhlükəsizliyini təhdid edir.

Digər tərəfdən, məsələ təkcə “enerji təchizatının təhlükəsizliyi” deyil. Söhbət enerjiyə gəldikdə qiymət təhlükəsizliyi ölçüsü də var. Yəni enerjini sərfəli qiymətə əldə etməklə bərabər, ona çatmaq məsələsi də bir o qədər vacibdir. Bu baxımdan, məsələni nəzərdən keçirdikdə Rusiyanın qlobal bazarlara çıxardığı neft/təbii qazın miqdarının qiymətə təsir edəcək səviyyədə olması və Rusiyanın bu kozırdan hibrid kimi istifadə edəcəyi də diqqətdən kənarda qalmamalıdır.

Rusiyaya qarşı müharibə davam edir. Başqa sözlə, hazırda hibrid müharibənin Qərb qanadı Rusiya iqtisadiyyatını hədəfə alırsa, Rusiyanın enerji qiymətlərindəki “kozır”dan istifadə edərək qarşı tərəfin iqtisadiyyatını hədəf alıb. Faktiki olaraq qarşılaşdığımız vəziyyət budur. Ümid edirəm ki, “İstanbul Sülhü” ən qısa zamanda qurulacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar