Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqi məktəbində direktor 1 milyon manatlıq mənimsəməyə görə ilişdi, qarmon müəllimindən kömək istədi

32 il H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləyən Sahib Şükürov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb həmin musiqi məktəbinin sabiq direktoru, hazırda həbsdə olan Mehriban Rüstəmovaya qarşı dələduzluq etməsi olub.

Dələduzluqda ittiham olunan 61 yaşlı Sahib Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.

virtualaz.org-un xəbərinə görə, 1998-ci ildən H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində direktor işləyən Mehriban Rüstəmova külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilərək ötən ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Onun barəsindəki polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub,-red.)

Bir milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunan M.Rüstəmova barəsində başlanan cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyini vəd edən S.Şükürov isə sabiq direktoru aldadaraq onun 168 min manat pulunu ələ keçirib.

Təqsirləndirilən Sahib Şükürov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib. İfadəsində məktəb direktoru ilə aralarında yaxşı münasibət olduğunu, tədbirlərə birlikdə gedib-gəldiklərini deyib. Səhhətində yaranan problemlərlə əlaqədar bir neçə dəfə xarici ölkəyə müayinəyə yollanan S.Şükürovda ağciyər xərçəngi aşkarlanıb. Müalicə olunmaq üçün davamlı şəkildə xaricə ölkəyə getdiyindən bir müddət direktorla əlaqəsi kəsilib. Sonradan M. Rüstəmova özü onunla əlaqə saxlayıb, barəsində cinayət işinin olduğunu, Korrupsiya Qarşı Mübarizə İdarəsinin apardığı araşdırmalar zamanı otağında 37 nəfər müəllimin maaş kartlarının aşkarlandığını xəbər verib. Həmin maaş kartlarının arasında S.Şükürovun özünün də kartı varmış.

Məktəb direktorunun dövlət büdcəsinə 1 milyon manata yaxın ziyan vurduğunu bildirən qarmon müəllimi onun paytaxtda müxtəlif mülklərinin olduğunu deyib. Hətta həmin mülklərdən birini – metronun “28 May” stansiyası yaxınlığındakı binalardan birində yerləşən üçotaqlı mənzili özü almaq istəyib. Bu barədə direktorla öz aralarında razılığa gəliblər və M.Rüstəmovaya hissə-hissə 114 min manat verib. Lakin sonradan M.Rüstəmova mənzili satmaqdan imtina edib. Direktorun barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edəndə məlum olub ki, M.Rüstəmova artıq ondan şikayət verib, dələduzluqda ittiham edir.

“Mehriban mülklərinin satılması üçün köməyə ehtiyacı olduğunu demişdi. Evdə həyat yoldaşımla məsləhətləşdik. Uzun müddət kirayə qaldığımız üçün həmin mənzili özümüz almaq qərarına gəldik. Maklerin iştirakı ilə Mehribana 50 min dollar pul verdim. Pulu dəymiş ziyanın aradan qaldırılmasından ötrü banka ödəyib qəbzi Mehribanla birgə müstəntiqə apardıq. Müstəntiq vəsaitin az olduğunu bildirdi. Bundan sonra Mehribana kömək məqsədilə bir neçə pul verdim. Cəmi 114 min manat vermişəm. Buna baxmayaraq Mehriban həmin evi artıq satmaq istəmədiyini, baha qiymətə satacağını və pulu hissə-hissə qaytaracağını dedi. O vaxtdan bu günə qədər mənə cəmi 8 min manat pul ödəyib, qalan pulu verməyib. Şikayəti mənim yazmağıma baxmayaraq Mehribanın məndən şikayətçi olduğunu dedilər. Dəfələrlə ona borc pul vermişəm, iş yoldaşı kimi həmişə dayaq olmuşam. Amma Mehriban mənə böhtan ataraq guya onun pulunu aldadıb aldığımı deyib. Həqiqətdə isə mən Mehribana pul vermişəm. Tələb hüququ mənimdir. Mehriban məndən borclarını ödəmək üçün istifadə edib”, - qarmon müəllimi belə deyib.

Lakin M.Rüstəmova ifadəsində deyir ki, Sahib onun barəsindəki cinayət işini həll edəcəyinə dair söz verib, 170 min manat pulunu alıb. Amma vədinə əməl etməyib. Bu səbəbdən də onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Sabiq direktor, 56 yaşlı Mehriban Rüstəmova ifadəsində bildirir ki, 22 il bu vəzifədə işləyirdi, məktəbdə baş verən qanunsuzluqlarla bağlı barəsində cinayət işi qaldırılmışdı. Bu iş üzrə istintaqın getdiyi vaxtlarda S.Şükürov onu inandırıb ki, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələri var və cinayət işinə tezliklə xitam verilməsinə nail ola bilər. Direktor isə “işin həll olunması” üçün qarmon müəlliminə özünün bildirdiyi kimi, 2020-ci ilin may ayından etibarən hissə-hissə pul verməyə başlayıb.

“Bu məsələ ilə bağlı özüm heç kimə (yəni səlahiyyətli şəxslərə) pul verməmişəm. Pulları Sahibin vasitəsilə vermişəm. Bu işin tam həll olunması üçün Sahib 130 min manat lazım olacağını dedi. Həmin vaxta qədər ona artıq 70 min manat vermişdim. Qızımın evlərini satmışdım, yenidən 60 min manat düzəldib Sahibə verdim. Bundan sonra əlavə olaraq məndən 30 min manat istədi. 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək ona cəmi 168 min 300 manat pul vermişəm. Artıq satılacaq əmlakım da qalmamışdı”- M.Rüstəmova ifadəsində belə deyib.

M.Rüstəmova deyir ki, əvvəlcə qarmon müəllimi özü zəng vurub onu görüşə çağırıb, oturub məsələnin həlli barədə söhbət aparıblar. Cinayət işi məhkəməyə göndəriləndə isə özü Sahiblə əlaqə saxlayaraq işinin niyə həll edilmədiyini, yəni cinayət işinə niyə xitam verilmədiyini və məhkəməyə göndərildiyini soruşub, ondan izahat istəyib.

Sahib müəllim onu aldatmağa çalışaraq müxtəlif bəhanələr gətirib, sonradan isə ümumiyyətlə telefon zənglərinə cavab verməyib: “Sahibin məni aldatmasına tam əmin olduqdan sonra şikayət etdim. Əgər Sahib vəzifəli şəxslərin adını çəkməsəydi, ona o qədər pulu verməzdim. Hazırda pulumu geri tələb edirəm”.

Məhkəmənin hökmü ilə Sahib Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar