Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin ən pis ssenarisi: Aclıq...

Aclıq və epidemiyalar nəticəsində dünya tarixi gedişatında bir sıra böyük dəyişikliklər və həlledici dönüşlər yaşayıb...

Maha Muhammed Şerif
“Şarkul Avsat” qəzeti, 15 mart 2022-ci il

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynadakı münaqişə nəticəsində ərzaq və yem qiymətlərinin 8-20 faiz arta biləcəyi barədə xəbərdarlıq verib. Bu baxımdan müharibənin dəhşətləri haqqında qısa bir xəbərdarlıq edə bilərik. Daşıdığı izlərə nəzər salsaq, 1939-1945-ci illər arasında davam edən İkinci Dünya Müharibəsi Birinci Dünya Müharibəsindən qalan münaqişələrin davamı hesab olunur. Püskürmənin səbəbləri müxtəlif idi. Versal müqaviləsi və ona Almaniyanın cavabı dünyanın bir çox ölkələrində diktatura rejimlərinin yaranması, Böyük Depressiya və iqtisadi böhranla başladı. Bəzən şərtlər oxşar olduqda bu hallardan hələ də bəhs edilir.

Bu müharibə təxminən 50 milyon mülki vətəndaşın və əsgərin ölümü ilə nəticələndi. Nəticə isə nüvə əsrinin başlanğıcı, “Soyuq Müharibə”nin yaranması və üçüncü dünya ölkələrində müstəmləkəçiliyə son qoymaq üçün artan təzyiqlər oldu. Həmçinin, müharibə ABŞ-ın dünyada əsas güc nərkəzinə çevrilməsi və BMT-nin yaradılması ilə başa çatdı.

Nə olursa olsun, öncəlik keçmişə deyil, yaşadığımız zamana və dünyada baş verənlərə aid olmalıdır. Bu öncəlik Rusiya tarixinə uyğun olaraq, Avropada burjua sinfi tərəfindən rədd edilən radikallığı ifadə edir. Sanksiyalardan sonra NATO iqtisadi maraqların uyğunsuzluğundan qaynaqlanan bu münaqişəni “bütün siyasi inqilabların hərəkətverici qüvvəsi” kimi yenidən formalaşdırmaqdan başqa nə təklif edə bilər? Əgər iki ölkə arasında aparılan danışıqlar və beynəlxalq vasitəçilik uğurlu olarsa, həyatın sabitliyinin davam etməsi üçün siyasət və iqtisadiyyat iki zəruri nümunə kimi meydana çıxacaq.

Bu, çox vacib bir məqamdır. Çünki bu münasibəti anlamaq üçün başa düşməliyik ki, müharibə heç vaxt Rusiyanın məkana və zamana tarixi yanaşma reallıqlarından başqa cür ehtiva edilə bilməz. Bir çoxumuz bu müharibələrin dünya nizamına təsiri və ondan sonrakı dəhşətlər haqqında düşünürük. Müharibə sonrasını müxtəlif dövrlərin müharibələrindən aldığımız təcrübələrə görə dəyərləndirə bilərik. Bu reallıq yoxsulluq, aclıq, xaos və unudulmaz tarixi dəhşətlərdən ibarətdir.

Bir neçə həftədir davam edən Rusiya-Ukrayna müharibəsi şiddətlənir. Müharibənin beynəlxalq təhlükəsizliyə, sabitliyə humanitar və dağıdıcı təsirləri olub və bu təsirlərlə bütün dünyada genişmiqyaslı qarşıdurma yaranıb. Əslində, bu münaqişə də əvvəlki müharibələr kimi eyni xarakterlidir.

Qərbin Moskvaya qarşı sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməyə kifayət edəcək səviyyədə olsa da, burda bütün dünyada iqtisadi, siyasi və sosial təhlükəni ortaya qoyacaq bir çox başqa məqamlar da var. İş o yerə çatıb ki, buğda ixracına qoyulan qadağa Afrika və Yaxın Şərq ölkələrində ərzaq təminatında qlobal böhrana səbəb olub. Bu ölkələrdə və hətta dünyanın qalan hissəsində çörək, makaron və heyvan yemi istehsalında buğdadan istifadə edildiyi üçün ən çox bu bölgələr təsirlənəcək. Bu çatışmazlıq ehtiyacların əsasını təşkil etdiyi üçün bir çox ölkələrdə ərzaq təhlükəsizliyini təhdid edəcək. Bu qərarla Yaxın Şərq və Şimali Afrikada 11 ölkə - Mərakeş, Misir, Livan, Yəmən, İraq, Tunis və İordaniya, eləcə də Malayziya, İndoneziya və Banqladeş çörəyin bahalaşması təhlükəsi altındadır.

Bundan əlavə, Ukrayna hökumətinin bəyanatına əsasən, diri mal-qara, ət və ət məhsullarının ixracı qadağan edilib. İxrac qadağası çox güman ki, qlobal ərzaq tədarükünü azaldacaq. Qiymətlər də 2011-ci ildən bəri ən yüksək həddə çatıb. Məlumdur ki, dünyanın buğda və arpa ixracının təxminən üçdə birini Rusiya və Ukrayna təmin edir. Onların da qiyməti müharibədən sonra artıb. Bu kontekstdə baş verəcək proseslər mütləq əks-səda doğuracaq.

Rusiyanın Ukraynada hərbi əməliyyatları kəskinləşdikcə və buğdaya tələbat artdıqca, ssenari hamının gözlədiyi kimi olacaq. Bununla belə, Rusiya-Ukrayna tədarüklərini əvəz etməyə ən hazır bazarlar üçün geniş araşdırma tələb olunur. Bu məsələ istisnasız olaraq bütün hökumətlər, xüsusən də bu hadisələrdən təsirlənənlər üçün son dərəcə vacibdir.

Lakin Qərbin Rusiyaya qarşı səfərbərliyindən sonra siyasi dönüşlərin miqyası genişlənib və bu siyasətin ictimai vəzifəsi tiranlığa çevrilməkdədir. Bu da onu təsdiqləyir ki, siyasi iqtisadiyyat ticarət müharibələrində və adi müharibələrdə ən mühüm alətlərdən biridir. Bu günə qədər aclıq və epidemiyalar nəticəsində dünya tarixi gedişatında bir sıra böyük dəyişikliklər və həlledici dönüşlər yaşanıb. Aclıq və epidemiyalar cəmiyyətlərə təsir edən ən ağır şərtlərdən biri olub. Bu da acı bir həqiqəti miras qoydu: bəşəriyyət üçün öz itkilərini aradan qaldırmaq və ya əvəzini ödəmək çətindir. Hər bir tarixi mərhələ alətlər baxımından daha mürəkkəb detallara malik olur.

Digər tərəfdən, “JPMorgan Chase” bankının bildirdiyi kriteriyalar var ki, qiymətlər indiki səviyyədə qalarsa, Avropa bölgəsinin iqtisadiyyatı enerji idxalı xərclərinin 550 milyard avro artımını qarşılamalı olacaq. Rusiya nefti ABŞ-ın neft idxalının cəmi 7 faizini təşkil edərkən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan Avropa ölkələri üçün bu, 34 faizdən daha artığını təmsil edir.

Bəlkə də, bu gün NATO-da siyasətin mahiyyətini təcəssüm etdirən ən yaxşı nümunə siyasi, iqtisadi və sosial vəziyyətin kəskin şəkildə pisləşməsi, nəticədə avronun dollara nisbətdə son 22 ayın minimum səviyyəsinə qədər düşməsidir. Ukraynadakı müharibənin neft qiymətlərini artırması Avropanı vura biləcək inflyasiya şokunun qorxusunu artırdığı üçün əmtəə valyutaları bir neçə ayın zirvəsinə qalxıb. Asiya ticarətində avro 1%-ə qədər ucuzlaşaraq 1,0822 dollara bərabər olub. Bu, 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədir.

Bir çox analitiklər 11 Sentyabr hadisələrinin dünyanı dəyişdirdiyinə və onun nəticələrinin bütün standartlara görə çox böyük xərclərə səbəb olduğuna inanırdı. Bu günkü hadisələr qlobal miqyasda böyük əks-səda doğursa da, bu müharibənin həddi-hüdudu yoxdur. Ətrafdakı hər şey səs-küylüdür və asanlıqla dəyişməyəcək. Oyunlar ölümcüldür və ən təsirli silah qorxudur. Bunun da dərin bir qaranlıq tərəfi var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar