Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay icra başçısının “sağ əli” iki gündür dindirilmədədir – Əməlləri bir-bir üzə çıxır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Göyçay Rayon İcra Hakimiyyətində apardığı yoxlamalar çərçivəsində rayon icra strukturlarında yüksək vəzifə tutan şəxslər dindirilir.

Sfera.az-a daxil olan məlumata görə, dindirilənlər arasında rayonun “təcrübəli məmur”larından Şükürov Rəşad Əlbala oğlu da var.

Bu ad rayon əhalisinə yaxşı tanışdır. O, rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Məlumata görə, icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntularında R.Şükürovun da əli var.

R.Şükürov uzun müddət rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb və bu dövrdə o, böyük “təcrübə” qazanıb. Şükürovun böyük “təcrübə”sindən rayona təyin edilən icra başçıları daim faydalanıb. Buna görə də o, həm Mübariz Ağayevin, həm də Mehdi Səlimzadənin dövründə lazımlı kadr kimi istifadə edilib.

Şükürovun tutduğu vəzifə rayonda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ən böyüyü və daha mühümüdür. Bu vəzifənin yaratdığı imkanlara uyğun olaraq şəhər rəhbəri rayon mərkəzində yerləşən bələdiyyələrlə, Göyçay şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, sahibkarlar və digər təşkilatlarla “qarşılıqlı fəaliyyəti” gücləndirib.

Şükürovun tabeliyində şəhərdəki mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahələri, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlar (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) olub. O adıçəkilən qurumların fəaliyyətini tənzimləyərək rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələləri “əlaqələndirə” bilib.

Göyçayda işləyən, bura sərmayə qoyan kiçik və orta sahibkarlar, kənd təsərrüfatı məhsullarının istehsalçıları və onların satışını həyata keçirən şəxslər, həmçinin şəhər sakinləri Şükürov barədə dəfələrlə şikayətlərini dilə gətiriblər. Bu barədə mediada da kifayət qədər faktlar işıqlandırılıb.

Kiçik və orta sahibkarlardan adi məsələlərə görə çətinlik yaradaraq rüşvət alınması, fərdi mənzillərin tikintisi üçün razılıqların verilməsinə, bələdiyyələrin sərbəst fəaliyyətinə görə qeyri-rəsmi ödənişlərin alınması Göyçayda adi hala çevrilib. Şəhərdə təmizliyin təmin edilməsi, tullantıların daşınması, şəhərin küçələrinin abadlaşdırılması və işıqlandırılması üçün dövlət büdcəsindən ayrılan böyük vəsaitlərin təyinatdankənar istifadəsində də Şükürovun xidmətlərinin olduğu bildirilir.

Ümid edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rayon icra strukturlarında apardığı yoxlama və dindirmələrdən sonra Şükürov kimilər daha belə məsul vəzifələrdə çalışa bilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay