Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı vətəndaşlarımızın təhlükəsizliyi: "İki ölkə bir-birinə qarşılıqlı dəstək verir"

Davam edən Rusiya-Ukrayna müharibəsi bu ölkədə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi məsələsini gündəmə gətirib. Təəssüf ki, bu istiqamətdə də görülən işlər təhrifə məruz qalır. Halbuki müharibə başlayan gündən rəsmi Bakı həm Moskva, həm də Kiyevlə bu istiqamətdə bir neçə dəfə danışıqlar aparıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən AZAL hər gün həmvətənlərin ödənişsiz əsaslarla ölkəyə gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Təxliyə məsələsində ilk növbədə uşaqlara, qadınlara, yaşlılara, xəstələrə üstünlük verilir. İndiyədək 8 çarter reysi təşkil edilib ki, bu reyslərlə ümumilikdə min dörd yüz yetmiş beş həmvətənimiz Azərbaycana gəlib. Bundan başqa, Ukrayna ilə sərhəddə yerləşən ölkələrdəki Azərbaycan səfirliklərinə müvafiq tapşırıqlar verilib.

Digər bütün sahələrdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyə ilə ortaq hərəkət edilir. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə bir-birinə dəstək verir.

Müqayisə üçün deyə bilərəm ki, yaxın keçmişdə baş verən bir çox vətəndaş müharibəsi və ya inqilablar zamanı ölkələr bu gün Azərbaycanın vətəndaşlarına göstərdiyi həssasiyyəti göstərməyib. Əksər hallarda diplomatik korpus ölkəni tərk edib, bu ölkədəki vətəndaşların aqibətinə isə biganə qalınıb. Misal üçün 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən inqilab zamanı yaranan anarxiya vəziyyətində ABŞ, Böyük Britaniya, Fransa və s. ölkələr sadəcə bu ölkədəki diplomatik korpuslarını çıxarmış, vətəndaşların təxliyəsini isə ikinci plana salmışdır.

1990-1994-cü illərdə Ruandada baş verən vətəndaş müharibəsi zamanı isə başda Fransa olmaqla bu ölkədəki Avropa ölkələri öz vətəndaşlarının taleyinə biganə qalmışdı. Hətta bu hadisə məşhur "Hotel Rwanda” filmində də çox gözəl təsvir edilib.

Hesab edirəm, Azərbaycan bu məsələdə müsbət nümunə ola bilər. Çünki ölkəmiz təkcə vətəndaşlarımızı deyil, lazım olduqda xarici ölkə vətəndaşlarının da Ukraynanı tərk etməsi üçün yardım edir.

Politiloq Turan Rzayev

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar