Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İkinci Dünya Müharibəsi ilə qurulan dünya nizamı Ukrayna müharibəsi ilə başa çatır...

Putin Ukraynanı işğal etmək üçün qanuni bəhanə tapmağa belə cəhd etmədi. Bu, o deməkdir ki, yeni beynəlxalq nizamın xüsusiyyətləri aydınlaşana qədər beynəlxalq münasibətlərdə tam xaos hökm sürəcək...

Hüda Hüseyni
“Şarkul Avsat” qəzeti, 3 mart 2022-ci il

Rusiyanın Ukraynaya hücumunun ikinci günündə İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinə zəng edərək ölkəsinin ABŞ-ın NATO-nu genişləndirmək cəhdinə böyük şübhə ilə baxdığını, bunu pislədiyini və bəyənmədiyini bildirib. O, İranın Rusiya Federasiyası hökumətinin Ukraynanı NATO-ya daxil etməklə mühasirəyə almaq cəhdini dəf etdiyini başa düşdüyünü, lakin İslam Respublikasının ehtiyatlı və diplomatik həll yollarına üstünlük verdiyini və tövsiyə etdiyini bildirib. Putinin şəxsiyyətinə bələd olan bəzi analitiklər deyirlər ki, o, çətin anlarda göstərilən boz münasibətə nifrət edir.

Vyanada keçirilən nüvə danışıqlarında Rusiyanın mövqeyi tamamilə İranın maraqlarına uyğun idi. İranın Vaşinqtondan gələcək Amerika administrasiyalarını­n konstitusiyaya zidd olan sazişi ləğv etməsinə mane olacaq zəmanət tələb etməsi ilə danışıqlar dayandırıldığı zaman Rusiya nümayəndəsi Mixail Ulyanov İranın tələbini müdafiə etdi. O, prezident Trampın 2015-ci il nüvə sazişini ləğv etməsindən sonra ABŞ-ın etibarını itirdiyini nəzərdə tutdu. Rusiya nümayəndəsi İranın girov tələbinə alternativ olaraq yekdilliklə Təhlükəsizlik Şurasının qətnaməsini təklif etdi və bu, İranın xeyrinə olan əsas məqama çevrildi.

Rusiyanın zənginləşdirilmiş uranla bağlı mövqeyi də İranı qane edəcək həll yoluna çatmaq üçün vacib idi. Amerika tərəfi artıq zənginləşdirilmiş uranın beynəlxalq müşahidəçilərin, o cümlədən İranın nəzarətində olmasını istəyirdi, ancaq bu, İranın Vyanadakı nümayəndəsi tərəfindən qəbul edilmədi. Burada Rusiya nümayəndəsi yenidən işə qarışdı və zənginləşdirilmiş uranın artıq miqdarını Rusiyaya daşıyacağını vəd etdi. Beləliklə, nə şiş yandı, nə də kabab.

Danışıqlarda Rusiyanın İrana dəstəyi tam idi. Analitiklərin fikrincə, Putin hesab edir ki, İranın Rusiyanın Ukraynaya müdaxiləsinə dəstəyi də tam olmalıdır, amma İbrahim Rəisinin sözlərindən belə bir şey çıxmır. Putin öz həyati müharibəsində eynilə 11 Sentyabr hücumlarından sonra İraq müharibəsini dəstəkləməkdə tərəddüd edən avropalılara müraciət edən ABŞ prezidenti Corc Buş kimidir.

Dəqiq olan odur ki, Rusiya prezidenti beynəlxalq ictimaiyyətlə üz-üzə gələrək müharibə aparır. Hətta Çin Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı Təhlükəsizlik Şurasının qətnaməsinə səsvermədə bitərəf qalıb. Qətnamənin əleyhinə səs vermək əvəzinə, bitərəf qalmağın mühüm mənası var. Bu, çinlilərin işğalı bəyənmədiyini göstərir.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında istədiyi nəticəyə çatmağı gecikdirməsi Putini daha da çətin vəziyyətə salır. Ona görə də, indi İranla boz mövqelərinə görə hesablaşmağın vaxtı deyil.

Ukrayna müharibəsinin ilk günündə Putin Luqansk və Donetski Ukraynadan qoparmaqla müəyyən uğur qazandı, Lakin Krımda olduğu kimi onların Rusiya Federasiyasına birləşdirilməsi çox da mümkün deyil. Putin paytaxt Kiyevə girə bilməsə və prezident Vladimir Zelenskini istefaya göndərib onun yerinə Moskvaya tabe olan bir prezident təyin etməsə belə, Ukrayna parçalanmış, dağılmış, dənizə çıxışı olmayan ölkəyə çevrilə bilər. Lakin Ukraynadan kənarda Putin 1945-ci ildən, İkinci Dünya Müharibəsinin bitməsindən sonra mövcud olan beynəlxalq oyun qaydalarına dəyişiklik etdi. Təsəvvür etmək çətin olacaq, ancaq Rusiya dövlətlərarası mübahisələri müzakirə edən və sanksiyaların gücü ilə dövlətləri öz qərarlarını qəbul etməyə məcbur edən Təhlükəsizlik Şurasının daimi üzvü, özü isə ən azı iqtisadi və maliyyə cəhətdən cəzalandırılan bir bir dövlət kimi qala bilər.

Hətta ABŞ-ın İraqa müdaxiləsi belə bəhanə ilə əsaslandırılmışdı ki, Səddam beynəlxalq hüququ pozan kütləvi qırğın silahlarına malik idi. Bu, göründüyü kimi uydurma və əsassız olsa da, o zaman üçün ən azı haqlı bir bəhanə idi. Lakin Putin Ukraynanı işğal etmək üçün qanuni bəhanə tapmağa belə cəhd etmədi. Bu, o deməkdir ki, yeni beynəlxalq nizamın xüsusiyyətləri aydınlaşana qədər beynəlxalq münasibətlərdə tam xaos hökm sürəcək. Dünya beynəlxalq hüquq istinadını, müddəalarını və həyata keçirmə vasitələrini itirəcək. Zəiflərin güclülər tərəfindən idarə olunduğu və bütün tabuların gözdən salındığı bir dünya olacaq.

Yeni beynəlxalq nizam qurulmayana qədər, Ukraynadan sonra Yaxın Şərqi nələrin gözlədiyi yaxın gələcəkdə bəlli olacaq. Birinci nəticə İranla nüvə sazişinin təxirə salınması oldu. Çünki Rusiyanın Vyanada danışıqlar masasında tarazlığı və harmoniyanı təmin edən oyunçu kimi qalmasını gözləmək olmaz. Rusiya artıq amerikalılarla danışıqlarda İranın əsas dəstəkçisi olmayacaq. Eyni hadisələr Meksikada baş versəydi, ABŞ-ın edəcəyi kimi (Kuba bunun canlı örnəyidir) Rusiyanı Ukraynadakı arxa bağçasını qorumaqdan məhrum buraxaraq izolyasiya etməsinə qarşı, ABŞ prezidenti Co Baydeni vəzifəsinin ikinci yarısında vacib bir uğurdan məhrum etmək üçün razılaşmanı pozmağa da çalışa bilər.

Ukraynadan sonra ABŞ-ın bölgədən çəkilməsindən istifadə edərək Rusiyanın Suriyadakı mövcudluğunu gücləndirməsi mümkündür. Bu da öz növbəsində İranın oradakı mövcudluğuna təsir edəcək və İsrailin SEPAH və Hizbullah mövqelərinə hava zərbələri endirmək kimi uzun illər davam edən siyasətinə uyğun olacaq. Nüvə sazişinin gecikməsi, İrana qarşı sanksiyaların ləğv edilməməsi və vəsaitlərinin müsadirəsinin davam etməsi ilə İran daxilində iqtisadi vəziyyət daha da pisləşəcək və maliyyə sıxıntısı artacaq. Belə olan halda onun qollarının, xüsusən də Hizbullahın gücü zəifləyəcək ki, bu da ruslara bölgədə asanlıqla nəzarəti gücləndirməyə imkan verəcək.

Bəs dünya özünü cəzalandırmadan Rusiyanı necə cəzalandıra bilər? Ukraynaya qoşun yeritməkdən imtina edən ABŞ-ın üzləşdiyi dilemma budur.

Moskvanı qlobal maliyyə sisteminin bütün və ya bir hissəsindən təcrid etmək kimi ən ağır sanksiyalar Rusiya ilə iç-içə olan digər iqtisadiyyatlara zərər verə bilər. ABŞAvropa da istisna deyil. Eyni şəkildə, Rusiya əks tədbirlər görə bilər və ya qisas ala bilər.

Ən qorxulu ssenari Rusiyanın Avropaya qaz nəqlini dayandırmasıdır. Problem tərəflərin hər biri üçün ən çox ağrıyan nöqtədə gizlənir. İndi ABŞ və onun tərəfdaşları yenə sualın cavabına göz dikib: Biz özümüzü çox da çox cəzalandırmadan Putini necə cəzalandıraq?
Qərbin güclü variantları var və görülən ən sərt tədbirlər arasında Rusiyanın iri bank və institutlarını hədəf alan maliyyə sanksiyaları, bəzi texnologiyaların ixracına qadağa qoyulması, oliqarxlara və Putinin yaxın çevrəsinə qarşı sanksiyaların tətbiqi daxildir. “Qərb siyasətçilərinin problemi Rusiyanın qlobal iqtisadiyyatda belə böyük heyvan olmasıdır”, deyə bir müşahidəçi qeyd edir.

Rusiyaya qarşı ən sərt sanksiyaların nəticələrini bütün qlobal iqtisadi sistemdə görmək olar. Avropa təbii qaza olan tələbatının təxminən üçdə birini Rusiyadan alır. ABŞ hələ də milyardlarla dollarlıq Rusiya neftini idxal edir, halbuki onun başqa variantları var.

Bu fakt Rusiyanı SWIFT sistemindən tamamilə təcrid etmək kimi bəzi nüvə iqtisadi variantı yanaşmalarını ciddi şəkildə nəzərdən keçirməyi çətinləşdirir. Amma bu sanksiyalar nə qədər sərt olarsa, adi Rusiya vətəndaşlarına belə zərər vurma ehtimalı bir o qədər çox olacaq. Bu, bir çox daxili qarışıqlığa səbəb ola bilər.

Sanksiyaların digər hədəfi Putinin yaxın ətrafı, qohumları və ya yüksək səviyyəli məmurlardır. ABŞ Putinin özünün cəzalandırılması ehtimalını da gündəmə gətirib ki, bu da qeyri-adi təxribatçı addımdır.

Fərdi sanksiyalara Rusiyadan kənara səyahət qadağası və ya aktivlərin dondurulması kimi addımlar daxildir. Bu sanksiyaların nəticəsi olaraq nəzəriyyə belədir ki, bu qüdrətli insanlar Putinə taktikasını dəyişmək üçün təzyiq göstərə, hətta onu devirməyə cəhd edə bilərlər.

Ən pisi isə sanksiyalar deyil, Rusiya şirkətlərinin qlobal miqyasda biznes qurmaq imkanlarının məhdudlaşdırılmasıdı­r. Çünki etimad zəifləyib və onların beynəlxalq kapital bazarlarına çıxışı çətinləşib. Bir çox beynəlxalq ekspertlər ABŞ-ın Rusiyanı daha da təcrid edəcək növbəti sanksiyalarından narahatdırlar. Maliyyə eksperti bunu belə izah edir: “SWIFT(Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ilə bağlı anlaşılmazlığa aydınlıq gətirilməlidir. SWIFT qarşılıqlı yazışmalar, o cümlədən banklar arasında pul köçürmələri, ən əsası idxal və ixrac kreditləri və zəmanətlər üçündür. Rusiya bir ölkə olaraq SWIFT sistemindən ixrac olunarsa, Avropaya və dünyaya təbii qaz və buğda tədarükü dayanacaq. Nəticədə Almaniya, İtaliya və İspaniyadakı fabriklərdə də istehsal dayanacaq, çünki onlar 80% Rusiya təbii qazından asılıdır (çünki təbii qaz idxalı yalnız Swift sistemi vasitəsilə verilən kreditlər hesabına həyata keçirilə bilər)”.

Digər tərəfdən, əsas qlobal fond bazarları səhm və istiqrazların alqı-satqısına əsaslanır. Rusiyanın Qərbdəki 6,3 trilyon dollar vəsaiti dondurulsa, ticarət dayanacaq və birjalar çökəcək. Xüsusilə korona epidemiyasının gətirdiyi ağrı itkilərdən sonra kapitalist sistem belə bir şeyə tab gətirə bilməz.

Bunun üçün Rusiya SWIFT sistemindən kənarda qalmadı və bütün Rusiya aktivləri dondurulmadı, əksinə sanksiyalar bəzi banklarla, o cümlədən bəzi şəxslərlə, o cümlədən Putin və Lavrovla məhdudlaşdı. 1945-ci ildən bəri mövcud olan dünya nizamına son qoymaq istəyənlərdən başqa, Ukrayna müharibəsinin qalibi olmayacaq. Bu andan etibarən yalnız insanların xəyallarında mövcud olan sui-qəsd nəzəriyyələri çərçivəsində olur. Üstəlik, Avropa baha başa gələn münaqişəyə girib zərər görsəydi, Çinin xeyrinə olmazdı, çünki alıcılıq qabiliyyəti yüksək olan yarım milyard insanın yaşadığı Avropa Çin üçün ən vacib bazardır.

Bazar ertəsi axşam Avropa Mərkəzi Bankı Rusiya Mərkəzi Bankının və 5 Rusiya bankının (Putinə yaxın səhmdarlara məxsus iki böyük və üç orta ölçülü) aktivlərini donduracağını elan edən bəyanat yayıb. Digər tərəfdən, neft nəhəngi “BP” (British Petroleum) Rusiyanın neft nəhəngi “Rosneft”dəki 20 faizlik payını satdığını açıqlayıb. Onu isə “Shell” şirkəti izləyib. İqtisadi və maliyyə eskalasiya kartının Putinin çəkdiyi və onun təcili olduğunu göstərən nüvə eskalasiya kartına qarşı tərtib edildiyi güman edilir.

Bölgə üçün ən mühüm xəbər İsrailin baş naziri Naftali Bennet ilə Putin arasında yarım saatdan çox davam edən telefon danışığı olub. Bundan sonra Bennet həftə sonunu Vaşinqtondan kənarda keçirən Baydenlə də telefon danışığı aparıb.

İndi İsrail tarixində ilk dəfə olaraq dünyada baş verən böyük münaqişələrin həllində vasitəçi rolunu oynaya bilər. Bu, o deməkdir ki, xalqların rolları və oyunlarını yenidən qiymətləndirmək lazımdır. Bununla belə, hadisələr necə olursa olsun, post-Ukrayna 1945-ci ildən qüvvədə olan, dünyanın bir çox aparıcı mütəfəkkirləri, iş adamları və tədqiqatçılarının bu sistemin zaman-zaman hökm sürə biləcək xaosa baxmayaraq, qüvvədə qalacağına inandıqları beynəlxalq sistemin sonudur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay